Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3165/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X16 İdarəsinin 12.07.2021-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X16 İdarəsinin 12.07.2021-ci il tarixli, İXP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, 0, 12 iyul 2021-ci il tarixdə Şövkət Məmmədova ilə Cəfər Xəndan küçələrinin kəsişməsində qanuni əməl edərək keçib hərəkətinə davam etmişdir.X15 küəsində yol polisi saxlayıb qərarsız protokol yazmışdır.28.07.2021-ci il tarixdə ona sms gəlmişdir ki, onun günahkar oldğu haqda qərar verilmişdir.O, 102 xidmətinə həmin gün zəng vurub etirazını bildirdikdə demişdirlər ki, X14 Polisi əlaqə saxlayacaqdır.Lakin onunla heç kim əlaqə saxlamamışdır.07.09.2021-ci il tarixdə Bakı şəhər X16inə müraciət etmişdir ki, ona görüntünü göstərsin.Lakin ona heç bir görüntü göstərilməmişdir. Şikayətçi yuxarıda göstərilənləri və İXM-nin 25.1, 53-cü maddələrini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri X16 İdarəsinin 12.07.2021-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X8 yuxarıda göstərilənləri və İXM-nin 25.1, 53-cü maddələrini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri X16 İdarəsinin 12.07.2021-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis mayoru X11 28.07.2021-ci il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X8 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən cvetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis mayoru X11 28.07.2021-ci il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X8 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən cvetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir.Buna görə də, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X16 İdarəsinin 28.07.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, şikayətçi X4 rejimi ilə bağlı qərarı gec aldığından və bununla əlaqədar məhkəməyə gec müraciət etdiyindən şikayət verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X16 İdarəsinin 28.07.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3165/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3165/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver