Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3172/2023 21.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X4 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq sürücü X2 idarə etdiyi KİA markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqqquşma nəticəsində sürücü Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti və onun idarə etdiyi avtomobilin sərnişini olan X1 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Şəxs idarə etdiyi VAZ-2107 markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon Heydər məscidin yaxınlığından keçib evlərinə gedən zaman Həmzə Babaşov küçəsi ilə irəliləmək istəyən zaman qarşı tərəfdən gələn avtomobil yoluna çıxmışdır və dostu avtomobili saxlaya bilməyərək qarşı tərəfdən gələn KİA markalı avtomobilin sağ yan hissəsindən vurmuşdur.Hadisə zamanı o başından xəsarət almışdır.Buna görə təcili tibbi yardımla xəstəxanaya getmişdir.Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Vətəndaş Şəxs izahatında bildirmişdir ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir.xx.xx.2023-cü il tarixdə o etibarnamə ilə idarə etdiyi VAZ- 2107 markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dostu Rəhim İslamzadə ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Heydər məscidin yaxınlığında keçib evə aparan zaman Həmzə Babaşov küçəsi ilə irəliləmək istəyən zaman qarşı tərəfdən gələn KİA markalı avtomobilin yoluna çıxıb həmin avtomobilin sağ tərəf ortasından toqquşmuşdur.Hadisə zamanı idarə etdiyi avtomobilində olan dostu Rəhim və o xəsarət almışlar.Hadisə zamanı o, avtomobili saatda 60-70 km sürətlə idarə etmişdir.Hadisə zamanı o, spirtli içki və ya psixtorop maddə qəbul etməmişdir. Həmçinin, X7 izahat verərək bildirmişdir ki, o BC kateqoriyalı sürücülük hüququna malikdir.xx.xx.2023-cü il tarixdə o qardaşı X3 iştirakı ilə idarə etdiyi KİA markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov küçəsi ilə Heydər məscidi istiqamətində hərəkətdə olan zaman qəflətən VAZ- 2107 markalı avtomobil dayanma-durma işarəsinə əməl etməyərək idarə etdiyi KİA markalı avtomobilin sağ qabaq və orta hissəsindən dəyərək toqquşmuşdur.Hadisə zamanı o və qardaşı xəsarət almamışdırlar.Lakin VAZ-2107 markalı avtomobildə olan iki nəfər şəxs xəsarət almışdır.Avtomobilinə maddi ziyan dəymişdir.Hadisə zamanı o spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/15730 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/15716 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X2 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizanın 936 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs bədən səthində aşkar olunmuş xəsarətlər -sağ əlin İ barmağının səthi əzilmiş yaraları və sağ diz oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) birindən onun tibbi yardım üçün «X12» PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə, saat 23.40-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildklərindən dərəcələri təyin olunmur.Vətəndaş Şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizanın 933 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət-alın nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün «X12» PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə saat 23.30-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.Vət.R.Ç.İslamzadənin bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 22.38 radələrində idarə etdiyi VAZ-2107 markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə zərərçəkmiş şəxsin şikayətçi olmamasını, beləliklə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 327.8-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3172/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3172/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver