Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3179/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(001)-4876/2021 nömrəli icra sənədində borclu Şəxs 5505,08 manat məbləğində əsas borc, 951,53 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6486,61 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2021-cı il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5929/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 3121 manat əsas borc və dövlət rüsumunun ödənilməsinə görə 20 manat məbləğin tutularaq kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Həmin icra sənədi əsasında xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş qəbul edilmiş və borcluya tələbi könüllü icra etməsi təklif olunmuşdur. Sözügedən icra işləri xx.xx.2021-ci il tarixli qərar ilə ümumi icraatda birləşdirilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə xx.xx.2022-ci il tarixli qərar ilə onun barəsində axtarış elan edilmişdir. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən barəsində 40468 saylı mülki axtarış işi açılmış Şəxs saxlanılmış və aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə təhvil verilmişdir. Hazırda borclunun sözügedən icra sənədləri üzrə 9627,61 manat borcu yaranmışdır. Borclu Şəxs göstərilən icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınır və bu günədək borc məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Bu səbəbdən, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(001)-4876/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2(001)-5929/2021 saylı icra vərəqələrinə əsasən ümumilikdə 9627,61 manat borcu yaranmışdır. "xxxx" MMC-yə borcun yaranmasına səbəb olan mobil telefon Orxan Ələkbərov adlı dostu üçün onun adına götürülmüşdür. Həmin telefon onun özündə olmuş olsa qiymətləndirilib geri qaytarılmasına etirazı olmazdı. Digər icra sənədi üzrə borc məbləğini bu günə qədər ödəməməsinə səbəb isə işləməməsi və maddi imkanının aşağı olması ilə bağlı olmuşdur. Lakin, icra sənədi üzrə borcu ödəməkdən qərəzli şəkildə yayınmamışdır. Bir neçə gün ərzində işə düzələcək və icra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəkdir. Həmçinin, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda heç bir yerdə işləmədiyinə görə borc məbləğindən hər hansı ödəniş edə bilmir. İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5929/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 3121 manat əsas borc və dövlət rüsumunun ödənilməsinə görə 20 manat məbləğin kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Sözügedən məhkəmə əmrindən borclu tərəfindən bu günədək etiraz verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(001)- 4876/2021 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 5505,08 manat məbləğində əsas borc, 951,53 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6486,61 manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5929/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 3121 manat əsas borc və dövlət rüsumunun ödənilməsinə görə 20 manat məbləğin kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış elan edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkməsinin 2(001)- 5929/2021 saylı, xx.xx.2021-ci il tarixli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4876/2021 saylı, xx.xx.2021-ci il tarixli icra işləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, barəsində 40468 saylı mülki axtarış işi açılmış Şəxs saxlanılmış və aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə təhvil verilmişdir. E188366/2021-14-23 nömrəli icra işi üzrə şəxsin kartoçkasından görünür ki, Şəxs barəsində tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, əmək müqaviləsi, pensiya məlumatları qeydə alınmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(001)-4876/2021 nömrəli və 2(001)-5929/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə olan ümumilikdə, 9627,61 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Həsənov X3 Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(001)-4876/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2(001)-5929/2021 saylı icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və səbəb kimi isə hazırda işləmədiyini, maddi imkanına görə ödəmədiyini bildirmişdir. Lakin, məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ikinci Qarabağ müharibəsinin iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın isə olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3179/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3179/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver