Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3196/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs X1 Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, X2 məhkəməyə ünvanlandığı şikayətdə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatı olduqdan sonra 24.05.2021-ci il tarixdə DİN-nə şikayət etdiyini və 25.08.2021-ci il tarixdə ona rəsmi cavab verildiyini göstərmiş və bununla tərəfindən prosessual müddətin pozulmadığına işarə etmişdir. Lakin sözügedən qərardan verilmiş şikayət 14.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X2 tərəfindən şikayət ən azından müraciətinə cavab aldığı günün sonrakı günündən 10 gün müddətində verməli idi. Həmin halda X2 tərəfindən qərardan şikayət verilməsi üçün prosessual müddət buraxılmamış hesab oluna bilərdi. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3196/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3196/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver