Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-32/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Dövlət X11 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Dövlət X11 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18.00 radələrində mülkiyyətində olan ‘Hyundai Sonata” markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində qəsəbə istiqamətində hərəkətdə olarkən “Gəlin Qaya” şadlıq evinin qarşısında avtomobillərin geri, yəni şəhər istiqamətində dönmələrində sıxlıq yarandığından, avtomobilinin uzunluğunun 5 metrə, dönmə bucağının isə az olduğunu, eləcə də yolu iki hissəyə ayıran xəttin qırıq və şadlıq evinin qarşısına qədər davam etdiyini, dönəcəyi halda yolda olan digər avtomobillərin dönməyinə maneə törədəcəkləri üçün şadlıq evinin qarşısından bir qədər geniş dairə ilə avtomobilini geri, yəni şəhər istiqamətinə döndərmişdir.Lakin, Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru, polis leytenantı Tağıyev Əhməd Hicran oğlu avtomobilini saxlatdırıb qayda pozduğunu, yəni qoşa xətt üzərində geri döndüyünü bildirib barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə) maddəsi ilə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati protokol tərtib etmişdir. Şikayətçi göstərmişdir ki, Bakı şəhəri DYP-nin YPX baş inspektoru, polis leytenantı Tağıyev Əhməd Hicran oğlunun barəsində tərtib etdiyi İXP ******* saylı, xx.xx.2020- ci il tarixli protokolla razılaşmadığından onun ləğvi və inspektor Ə.H.Tağıyevin cəzalandırılması ilə bağlı şikayətlə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-nə müraciət edərək əlavə qeyd etmişdir ki, həmin ərazidə “Bazarstore” marketinin sonundan üzü qəsəbə istiqamətində “Gəlin Qaya” şadlıq evinin qarşısına qədər yolu iki hissəyə ayıran qoşa xəttin silinmiş olması ilə yanası qırıq-xətt hissəsinin nə məsafədə, harada baslayıb-bitməsini aydın görmək olmamış, eləcə də digər nəqliyyat vasitələrinin həmin ərazidə şəhər istiqamətində dönmələrinə baxmayaraq, geriyə dönməyə icazəni bildirən yol nişanı da mövcud deyildir. Bundan başqa, inspektordan yerində qayda pozuntusu ilə bağlı fotoşəkil və ya videogörüntü (sübut) təqdim etməyi xahiş etsə də o, belə bir sübutun mövcud olmadığı ona bildirilmişdir. Ərazidə hər hansı bir yol hərəkəti qaydasını pozmadığını inspektora deməyinə baxmayaraq, o bunu inkar edərək barəsində inzibati protokol tərtib etmişdir.Eyni zamanda inzibati protokolla tanış olduqda onun İXM-nin 100.4-cü maddəsinin pozulması ilə tərtib edildiyi ona məlum olmuşdur. Belə ki, həmin maddəyə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır.Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.X9 Hicran oğlu inzibati protokolu özü imzalasa da, ona imzalamağı təklif etməmiş, eləcə də protokolun məzmunu ilə bağlı mülahizələrini təqdim etmək, onu imzalamaqdan imtina etməyi barədə protokolda qeydlər aparmaq hüququnu izah etməmiş, bununla da ona qanunsuz protokol yazmaqla yanaşı Qanunun bu tələbini də pozmuşdur. Yuxarıda qeyd edilən inzibati protokoldan verdiyi şikayət xx.xx.2020-ci il tarixdə idarədə onun iştirakı ilə araşdırılaraq izahatı alınmış və yenə də sübut edilmədən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməyi barədə Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və elə xx.xx.2020-ci il tarixdə qərar ona təqdim edilmişdir.O, hesab edir ki, inzibati xəta sübut olunmadığından qərar ləğv edilməli, 3 bal və cərimə sistemdən silinərək işin icraatına xitam verilməlidir. Şikayətçi göstərmişdir ki, inzibati xətanın mövcudluğu ilə bağlı şübhələrin yaranmasından başqa Bakı şəhəri DYPİ-nin vəzifəsi məlum olmayan polis mayoru X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə tanış olduqda onun tərtib edilməsində də bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, mübahisələndirilən qərarda Emin Süleymanovun vəzifəsi qeyd edilməmişdir.Halbuki, İXMnin 102.3.2-ci maddəsinə görə qərarı tərtib edən şəxsin vəzifəsi mütləq göstərilməlidir.Bundan başqa, inzibati araşdırma inzibati xəta törədilən yerdə deyil, Bakı şəhəri DYPİ-nin inzibati binasında, vəzifəli şəxsin iş otağında aparılmışdır.Halbuki, İXM-nin 2.4-cü maddəsinə görə inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.Bundan başqa İXM-nin 75.0.7-ci maddəsinə görə işin düzgün həlli üçün əmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait araşdırılmalı və məhkəmə tərəfindən buna düzgün və ədalətli qiymət verilməlidir. Bu səbəblərə və şəraitə isə yollarda nisanlanma və xətlənmənin lazımi qaydada və vaxtında yeniləmə-bərpa islərinin aparılması aiddir.O, ümüd edir ki, Bakı şəhəri DYPİ-nin vəzifəli şəxslərinin yuxarıda qeyd olunuan Qanun pozuntuları məhkəmə tərəfindən araşdırılıb onlara hüquqi qiymət veriləcəkdir. Şikayətçi X6 yuxarıda göstərilənləri, İXM-nin 8.2, 75.0.7 və 102.3.2 və 102.4-cü maddələrini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri DYPİ –nin polis mayoru X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, 3 bal və cərimənin sistemdən silinərək inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ-nin polis mayoru X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, 3 bal və cərimənin sistemdən silinərək inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X11 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, şikayətçi öz şikayətində və məhkəmədə verdiyi izahatında özü də etiraf edir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18.00 radələrində mülkiyyətində olan ‘Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində qəsəbə istiqamətində hərəkətdə olarkən “Gəlin Qaya” şadlıq evinin qarşısında avtomobillərin geri, yəni şəhər istiqamətində dönmələrində sıxlıq yarandığından, avtomobilinin uzunluğunun 5 metrə, dönmə bucağının isə az olduğunu, eləcə də yolu iki hissəyə ayıran xəttin qırıq və şadlıq evinin qarşısına qədər davam etdiyini, dönəcəyi halda yolda olan digər avtomobillərin dönməyinə maneə törədəcəkləri üçün şadlıq evinin qarşısından bir qədər geniş dairə ilə avtomobilini geri, yəni şəhər istiqamətinə döndərmişdir. Şikayətçi bu halı həmin ərazidə “Bazarstore” marketinin sonundan üzü qəsəbə istiqamətində “Gəlin Qaya” şadlıq evinin qarşısına qədər yolu iki hissəyə ayıran qosa xəttin silinmiş olması ilə yanası qırıq-xətt hissəsinin nə məsafədə, harada baslayıb-bitməsini aydın görmək olmamış, eləcə də digər nəqliyyat vasitələrinin həmin ərazidə şəhər istiqamətində dönmələrinə baxmayaraq, geriyə dönməyə icazəni bildirən yol nişanı da mövcud olmaması ilə əlaqələndirmişdir.Məhkəmə hesab edir ki, həmin ərazidə olan qoşa xəttin mövcud olması , hətda o bir qədər solğun olmuş olsa belə şikayətçiyə yol hərəkəti qaydalarını pozmağa və geri dönməyə izacə vermirdi.Bundan başqa, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X6 əsaslı olaraq İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir.Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənələrə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-32/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-32/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver