Məhkəmə qərarları › İş №3(001)-3211/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3211/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3211/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6, zərərçəkmiş şəxs X2, zərərçəkmiş şəxs X7, zərərçəkmiş şəxs X8, zərərçəkmiş şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 05 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin Böyük icra məmuru X14 izahat verərək bildirmişdir ki, borclunun barəsində olan icra sənədlərindən göründüyü kimi müxtəlif tarixlərdə olan icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq, bildiriş, sms bildiriş telefonla məlumat verilərək icra sənədinin təmin olunması bildirilmişdir. Buna baxmayaraq, borclu tərəfindən yaranmış borcu ilə bağlı ödəniş həyata keçirilməmişdir. Tələbkarlar da dəfələrlə icra şöbəsinə və aidiyyəti orqanlara bu barədə şikayətlər edərək, borclarını tələb etmişdilər. Borclu barəsində axtarış qərarı qəbul olunmuş, məcburi gətirilməsi təmin olunmuş və icra olunması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Hal-hazırda 6 icra sənədi bir icraaatda birləşdirilmişdir. Şəxsin əmlakı və iş yeri yoxdur. Şəxsin Bank "xxxx" ASC-yə 5892,62 manat, X10 4886,50 manat, X9 5025 manat, X4 45300 manat, X3 2425 manat borcu vardır. Eyni zamanda qeyd etməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2564/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular X17 və Şəxs 25268 manat müştərək qaydada tutularaq iddiaçı X11 ödənilməlidir. Şəxs ümumilikdə borcu 88771 manat təşkil edir. Həmin borcundan da 4100 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun hal-hazırda işlədiyi yer yoxdur. Amma son 1 ay yarımdır ki, aptekdə işləməyə başlamışdır. İcrada gücü çatdığı qədər hissə-hissə ödənişlər edir. Belə ki, X4 45000 manatdan hər ay 500 manat olmaqla 7 aydır ki ödəniş etməkdədir. Qardaşı və anası da ona köməklik edirlər. Borc müqaviləsi olmuş və onun nəticəsində bu borclar yaranmışdır. Onda işlə bağlı problem olmuş, pulları almış, lakin sonra işdən çıxmışdır. İcra məmuru onu çağırmış, lakin o getməmişdir, çünki üzləşdirmə olacaqdı, o isə borclarını tam qaytara bilmirdi. Eyni zamanda qeyd etməlidir ki, X9 da borcu var və onunla da danışmışdır. Hər ay 200 manat ödəniş edir. 3 aydır da həmin şəxsə ödəniş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən ona 7 aydır 500 manat ödəniş olunur. Ona 3500 manat ödəniş edilmişdir. Sonuncu ondan pulu iş düzəltmək adı ilə almışdır. Hal-hazırda heç bir şikayəti yoxdur.Bu barədə ərizəsini də məhkəməyə təqdim edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi X20 izahat verərək bildirmişdir ki, Şəxs bankdan kredit götürmüş lakin ödəməmişdir. Kredit götürdüyü zaman hansısa bir müəssisədə işləmiş və oradan bir arayış gətirib təqdim edərək kredit əldə etmişdir. Hazırda borc 5892 manat 62 qəpik təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahat verərək bildirmişdir ki, o, borcluya notarial qaydada borc vermişdir. Hazırda ona olan ümumi borc 4886,50 manat təşkil edir. Borc veriləndən bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. Ondan həmin pulu işə düzəltmək məqsədi ilə almışdır. O, Şəxs həmin pulu verərkən sonuncu qısa müddətə qaytaracağını bildirmişdir. 2022-ci ilin iyun ayında məhkəmə qətnaməsi qəbul olunmuş, hələ də borc ona ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahat verərək bildirmişdir ki, 25268 manat borc müştərək qaydada X17 və Şəxs tutularaq ona ödənilməlidir. O, pulu qonşusu olan Əyyama vermişdir. Əyyam da pulu Soltana vermişdir. Soltan dərman firması olduğunu bildirməklə onları aldadıb inandırmışdır. Əyyam ona düşən hissə olan 12500 manatı ödəməyə hazırdır. Lakin, Şəxs ödəniş etmir, Soltanın da borcu 12500 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “İcra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 1) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi; 2) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2021/2023 saylı icra sənədi; 4) Bakı şəhəri 50 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 8İ-10819 nömrəli icra sənədi; 5) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5109/2023 saylı icra sənədi; 6) Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-3439 nömrəli icra sənədi; 7) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2564/2024 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5328,81 (beş min üç yüz iyirmi səkkiz manat 81 qəpik) manat məbləğində əsas borc,418,68 (dörd yüz on səkkiz manat 68 qəpik) manat məbləğində faiz borcu və 145,13 (bir yüz qırx beş manat 13 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5892,62 (beş min səkkiz yüz doxsan iki manat 62qəpik) manat məbləğində borc, 79 (yetmiş doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2021/2023 saylı icra vərəqəsindən görünür ki, 4300 manat məbləğində borc, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc, etibarnamənin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,50 manat dövlət rüsumu, cəmi 4886,50 (dörd min səkkiz yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X10 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2021/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-3439 nömrəli icra qeydindən görünür ki, X1 xeyrinə Şəxs 2425 manat pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-3439 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri 50 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 8İ-10819 nömrəli icra qeydindən görünür ki, X5 xeyrinə Şəxs 5025 manat pul tutulmalıdır. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri 50 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 8İ-10819 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5109/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 45000 manat borc, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və 250 manat dövlət rüsumu alınaraq X4 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5109/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2564/2024 saylı icra vərəqəsindən görünür ki, X17 və Şəxs 25100 manat və dövlət rüsumu kimi ödənilmiş 168 manat, cəmi 25268 manat muştərək qaydada tutularaq X11 ödənilməlidir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2564/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan 6 icra sənədi bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar olan şəxslərdən 4nun izahatı alınmış və 3 nəfər tələbkar şəxsə borclu tərəfindən ümumiyyətlə ödəniş olunmadığı müəyyən edilmişdir. Bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, zərərçəkmiş şəxslərin izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 05 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 05 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar