Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3213/2023 05.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclu Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsinə əsasən 20 ay ərzində ödənilməli olan cəmi 8.000 manat kirayə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçılar X1 və X3 ödənilməli, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu icra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzil təmirsiz şəkildə cavabdeh Şəxs MTK tərəfindən iddiaçılar X1 və X3 təhvil verilməlidir. Həmin icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclu Şəxs MTK barəsində Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsinə əsasən 20 ay ərzində ödənilməli olan cəmi 8.000 manat kirayə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçılar X1 və X3 ödənilməli, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu icra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzil təmirsiz şəkildə cavabdeh Şəxs MTK tərəfindən iddiaçılar X1 və X3 təhvil verilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü ildə Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası üçün borclu Şəxs MTKya bildiriş göndərilmişdir. Lakin icra sənədi bu günə kimi icra edilməmişdir. Buna görə borclu Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin uzandığını nəzərə alıb borclu barəsində təsir tədbirləri görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu Şəxs MTK-ya rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında cəmiyyətdən vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin Şəxs MTK-ya vaxtında təkrarən bildirilməsi barədə işdə məlumat olduğunu, işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığını nəzərə alıb, işə Şəxs MTK-ın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru K.Mirzəyevin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MTK inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsindən görünür ki, 20 ay ərzində ödənilməli olan cəmi 8.000 manat kirayə haqqı və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs MTK-dan tutularaq iddiaçılar X1 və X3 ödənilməli, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu icra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzil təmirsiz şəkildə cavabdeh Şəxs MTK tərəfindən iddiaçılar X1 və X3 təhvil verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsi əsasında həmin tarixdə Binəqədi rayon İcra Şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsinin könüllü icrası borclu Şəxs MTK-ya bildirilmişdir. İcra sənədinin icrasız qalması barədə xx.xx.2033-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsinin icra edilməməsinin nəticələri barədə borclu Şəxs MTK-ya xəbərdarlıq edilmişdir. “İcra haqqında” Qanunun: 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İşin qərarın təsviri hissəsində sadalanmış hallarından görünür ki, borclu Şəxs MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(006)-3391/2022 nömrəli icra vərəqəsini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin uzandığını nəzərə alan məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə borclu Şəxs MTK-ın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs MTK-ın Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və sanksiyanın yuxarı həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş borclu Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3213/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3213/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver