Məhkəmə qərarları › İş №3(001)-3215/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3215/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3215/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 3(001)-3215/2025 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi QƏRARDAD (inzibati xəta haqqında tərtib edilmiş protokolun geri qaytarılması haqqında) 05 may 2025-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda şəxs haqqında məlumatlar, cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Bundan başqa protokolda İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilmə yeri və vaxtı göstərilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, inzibati xətanın yeri, vaxtı dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq inzibati xəta haqqında protokolda öz əksini tapmasından asılıdır. Həmçinin inzibati xəta haqqında protokolda iş üzrə zərərçəkmiş şəxs barədə məlumatlar, yəni onun ad və soyadı, yaşadığı yerin ünvanı kimi məlumatlar göstərilməmişdir. Həmçinin zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərə dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;... 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bundan başqa iş materialları təhlil edilərək müəyyən etdim ki, X1 müraciəti əsasən polis bölməsində araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin aparılmış araşdırma zamanı Şəxs izahatı alınmadan, onun tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı kifayət qədər sübutlar toplanmadan Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə sahə inspektoruna göndərilmişdir. Bundan əlavə İXM-in 43.1-ci maddəsində Rayon (şəhər) məhkəmələrinin həmin Məcəllənin müvafiq maddələri ilə inzibati xətalar haqqında işlərə baxılmasını aidiyyəti məsələsi müəyyən edilmişdir. İXM-in 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxma səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Sadalananlara əsasən qeyd etməyi zəruri hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) məhkəmələri tərəfindən İMX-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılsa belə, inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya iş materiallarında (həmin orqan tərəfindən şəxs barəsində tənbeh vermə haqqında qərarın qəbul edilməsi halı mümkün olmadıqda) inzibati xəta haqqında materialın hansı səbəbə məhkəməyə göndərilməsi göstərilməlidir. Çünki qanunvericilik bu halı imperativ norma kimi göstərməklə icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan tərəfindən inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsini müəyyən etmişdir. Lakin iş materiallarında həmin hallarla bağlı heç bir sübut müəyyən edilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: imza var Vüsal Tağıyev düzdür Hakim: Vüsal Tağıyev İş № 3(001)-3215/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual Hərəkətlər barədə protokol 05 may 2025-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiala baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmadan geri qaytarılması barədə qərardad qəbul etdim. Hakim: Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan İş № 3(001)-3215/2025 05 may 2025-ci il Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki cənab İlqar Məmmədova Hörmətli İlqar müəllim, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 3(001)- 3215/2025 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti mətn üzrə, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər. hörmətlə, Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar