Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-322/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokuroluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokuroluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, X18 bildirmişdir ki, X20 Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət əzirəsi yazaraq bildirmişdir k, Medera Hospitalda işə düzəlmək üçün müraciət etmiş Şəxs MMC-də ilk iş günü xx.xx.2023-cü il tarixi olmuşdur. Hər gün işə 10:00 da gəlmiş, 17:00-da işdən çıxmışdır. Nə vaxt əmək haqqını soruşsa müxtəlif bəhanələrlə veriləcək deyib ona əmək haqqı verilməmiş və onunla əmək müqaviləsi bağlanmamışdır. Bu məsələ xx.xx.2024-cü il tarixinədək davam etmişdir. Bu müddət ərzində o cərahiyyə və reanimasiya şöbəsində tibb bacısı kimi işləmişdir. Aparılan araşdırma zaman Hospitalın əməkdaşları dindirilmiş, onlar da müxtəlif vaxtlarda X10 Hospitalda görüdüklərini, lakin onu işçi kimi deyil stajor kimi tanıdaqlarını bildirmişlər. Araşdırma zamanı X7 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilmiş və bu zaman hər hansı bir əmək müqaviləsi aşkarlanmamışdır. Qeyd edilən hallar İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması halı kimi qiymətləndirilmiş və inizbati xəta haqqında iş üzrə icraat başlanılaraq, Şəxs MMC-yə hüquq və vəzifələri də izah edilməklə xx.xx.2024-cü il tarixində məktub, məhkəməyə qərar qəbul olunması ilə bağlı isə xx.xx.2025-ci il tarixində bildiriş ünvanlanmışdır. Bundan başqa qeyd etmək istəyirik ki, baş vermiş hüquq pozuntusu ilə bağlı vəzifəli şəxslə də bağlı müvafiq araşdırılma aparılmış və qanuni təmsilçi olan İbrəhim Əliyev inzibati qaydada cərimələnmişdir. Onu da qeyd etmək istəyirik ki, bu araşdırmanın nəticələri barədə Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilmiş, bizdə olan məlumata görə aidiyyatı orqan tərəfindən aparılan araşdırma zamanı Hospitalda əmək müqaviləsi olmadan çalışan əlavə bir işçi də aşkarlanmışdır. Nümayəndə sonda onu bildirmişdir ki, fikrimizcə aparılan araşdırma ilə inzibati xətanın törədilməsi faktı tam sübuta yetirilir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin törətdiyi inzibati xətaya görə cərimələnməsini Sizdən xahiş edirik.
3. Məhkəmə iclas zalında iştirak edən X20 ifadəsində bildirmişdir ki, Şəxs MMC-də işə düzəlmək üçün müraciət etmiş, bu zaman ona ilk üç ay stajor kimi çalışacağı daha sonra onunla əmək müqaviləsi bağlanacağı bildirilsə də xx.xx.2023-cü il tarixdən işçi kimi fəaliyyətə başladığı Medera Hospitalda onunla əmək müqaviləsi bağlanılmamış, ən ağır şöbələrdə cərahiyyə və reanimasiya şöbəsində 8 ay davamlı olaraq hər gün saat 10:00dan axşam saat 17:00-dək işlədilmişdir. Həddindən artıq ağır olan iş yükü, ölən və ağır olan xəstələr, verilməyən əmək haqqı, hər ay evə əliboş qayıtması onda sterssli vəziyyət yaratmış nətiəcədə 20 gün xəstəxana mühitində ağır psixotrop dərmanlarla müalicə olunmasına səbəb olmuşdur. Məhkəmədən pozulmuş hüquqlarının bərpa olmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, X1 işçi kimi deyil stajor kimi fəaliyyətdə olub, ona heç kim əmək müqaviləsi bağlayacağına dair əvvəlcədən söz verməmişdir. Əgər stajorluq müddətini uğurla başa vurarsa sonda onun fəaliyyəti qiymətləndiriləcək və bundan sonra onunla əmək müqaviləsi bağlanacaqdır. Hospitalda belə təcrübə mövcuddur ki, biz əvvəlcə stajor kimi götürüb yoxlayırıq, əgər o bu sınaqdan uğurla keçərsə o şəxslərlə əmək müqaviləsi bağlayırıq. Hətta belə şəxslərdən biri X21 da hal-hazırda məhkəməyə şahid kimi dəvət edilmişdir. Biz onunla əmək müqaviləsi bağlamışıq. X5 doktorun yanında stajorluq keçib. O sadəcə Hospitala 5000 manat verməyəcəyi halda şikayət edəcəyəni bildirmişdi. Biz də onun xalasının səs yazıları da var. Nümayəndə məhkəmə tərəfindən ona verilən suala (stajorluğa gələn şəxslərlə hər hansısa bir mübadilə proqramları və ya bağlanan müqavilə olmuşdurmu?) cavab olaraq bildirmişdir ki, onlarda staj keçən şəxslər olur, hər hansı bir rəsmiləşdirmə olub-olmamasını o bilmir, çünki o bu işdə səlahiyyətli şəxs deyildir. Məhkəmə icas zalında X4 Ləman Əhədulla qızına münasibətdə təqsirli olduqlarını bildirmiş, lakin bu təqsirin vəzifəli şəxsə münasibətdə yarandığını, hüquqi şəxsə münasibətdə isə yaranmadığını bildirərək, fikrini onunla əsaslandırmışdır ki, burda hüquqi şəxsin məsuliyyətinin yaranması üçün X2 xeyrinə işə cəlb edilməlidir. Bu isə sübut olunmur. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq Şəxs MMC-nin hüquqi şəxs kimi barəsində başlanmış inizbati xəta üzrə icraatına xitam verilməsini xahiş edirik.
5. Məhkəmə iclasında Şəxs MMC-də Əməliyyatxana və Anesteziologiya şöbəsinin müdiri X12 çıxış edərək bildirmişdir ki, o artıq 13 ildir (2012) ki, Hospitalda çalışır. Hospitalda stajorlar olur, o da X3 kimi tanımışdır. Tam xatırlamır dəqiq onu hansı tarixlərdə görüb, lakin təqribən 2023-cü ilin sonu, 2024-ci ilin əvvəlləri olardı. O, həmçinin əlavə etmişdir ki, fevralın əvvəlindən Azərbaycandan getmiş, uzun müddət sonra qayıtmışdır. Seyfidar Kahraman ifadəsinə onu da əlavə etdi ki, X8 təhsilinin olub-olmaması haqqında xəbərdar olmamış, yalnızca ondan soruşulanda ki, X20 hansı iş üçün uyğundur o cavab vermişdir ki, əməliyyat və reanimasiyada işləməsi məsləhət deyil.
6. Məhkəmə iclasında Şəxs MMC-də Reanimasiya və İntensiv Terapiya şöbəsinin baş tibb bacısı vəzifəsində çalışan X16 bildirdi ki, 2016-cı ildən Hospitalda çalışır, X10 İbrahim doktor gətirmişdi ki, ona iş öyrədək. Lakin bu hadisə hansı tarixdə olub dəqiq xatırlamır. İfadəsinə onu əlavə etdi ki, Məmmədova Ləmanın iş potensialı yox idi. Çünki o ümumiyyətlə xəstəxana mühitindən qorxurdu, iyrənirdi. Məmmədova Ləman stajor olmuşdur. Ona verilən suala cavab olaraq bildirmişdir ki, stajorların davamiyyəti rəsmi sənədlərlə yoxlanılır, ancaq Məmmədova Ləmanın davamiyyəti kim tərəfindən və necə yoxlanılırdı o məlumatsızdır.
7. Məhkəmə iclasında çarpaz dindirmə zamanı X31 bildirdi ki, o, əmək müqaviləsi bağlanması üçün icraçı direktor Lalə xanıma yaxınlaşmışdı, ancaq bu zaman Lalə xanım onu Zərifə xanıma yönəltdi. X26 Ləmanın fikrinə belə münasibət bildirdi ki, o mütəmadi Hospitala gəlmirdi, stajor kimi gəlirdi. Stajorlara isə əmək haqqı verilmir, ancaq əmək müqaviləsi bağlandıqdan sonra onlar əmək haqqı alırlar.
8. Məhkəmə iclasında Şəxs MMC-də Cərahiyyə şöbəsinin müdiri işləyən X22 bildirmişdir ki, 2019-cu ildən bu vəzifədə çalışır. Dəqiq hansı aylarda olduğunu bilməsə də X8 2023-2024-cü illərdə Hospitalda görmüşdür. O, stajor olmuşdur. Tövsiyyə ilə Hospitala gəlmişdi. Ləman həm, cərahiyyə, həm də reanimasiyada təcrübə keçsə də çox məsuliyyətsiz və intizamsız olmuşdur. Davamiyyəti zəif olmuşdur. Hospitalda olan stajorların heç birinə əmək haqqı verilmir. O, da stajor olmuşdur. Məhkəmə tərəfindən ona verilən suala cavabda isə bildirmişdir, o, X8 hansı təhsil almasından xəbərsiz olmuşdur.
9. Məhkəmə iclasında Şəxs MMC-də tibb bacısı işləyən X21 bildirmişdir ki, o da bir neçə müddət Hospitalda stajor olmuş, bu müddət ərzində əmək haqqı almamışdır. Lakin təxminən 7-8 aydan sonra, 2022-ci ildə onunla əmək müqaviləsi bağlanmışdır. O, Nərimanov Rayonundan fəaliyyət göstərən tibb kursunu bitirmişdir (Az Akademia). O, reanimasiya şöbəsində fəaliyyət göstərdiyini bu müddət ərzində Məmmədova Ləmanı azaz gördüyünü, ümumiyyətlə Ləmanın xəstəxana mühitində işləmək üçün yetərli olmadığını bildirmişdir. Həmçinin onu da əlavə etmişdir ki, X27 hər gün gəlmirdi, davamiyyəti zəif idi.
10. Məhkəmə iclasında çarpaz dindirmə zamanı Ləman Xuramana bildirdi ki, Xuraman doğru danışmır. Mən hər gün işə 10:00 da gəlmiş, 17:00-da işdən çıxmışam. Bundan başqa məhkəməyə bildirmək istəyirəm ki, o Hospitalda yetikinlik yaşına çatmayan, heç bir təhsili olmayan şəxslər işə cəlb edilmişlər. Hətta Xuraman özü də iddia etdiyi stajorluq müddətində yetkinlik yaşına çatmamışdır. Hörmətli məhkəmə dedikləri vaxtları yaşına uyğun hesablamış olsanız dediklərimin doğru olduğunu Siz də görmüş olarsınız.
11. Məhkəmə iclasında Şəxs MMC-də baş tibb bacısı işləyən X6 bildirmişdir ki, Ləmanı 2023-2024-cü ildə Hospitalda görmüşdür. İlk dəfə onu görəndə tanımadığını, daha sonra Reyhan xanımdan onun barəsində soruşduğunu stajor olduğunu öyrəndim. Sonradan isə onu da öyrəndim ki, onu Hospitala İbrahim doktor gətirib. Hər gün Hospitalda olmurdu. Bizim Hospitalda təkcə təhsil alanlar deyil, eyni zamanda kursu bitirənlər də stajorluğa gəlirlər. Ləman da onlardan biri olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
12. Azərbaycan Respublikası Baş Prokuroluğu tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır.
13. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanan məktubdan görünür ki, X8 şikayəti ilə bağlıdır.
14. Azərbaycan Respublikası Baş Prokuroluğu tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli “Arayış” dan görünür ki, X8 “X7 Sistemin”dən əldə edilmiş əmək müqaviləsi məlumatlarına görə sonuncu ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmamışdır.
15. Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinə göndərilən sənədlərdən müəyyən olunur ki, vergi ödəyici kimi vəzifəli şəxs X28 müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
16. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
18. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
21. Əmək Məcəlləsinin “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı 47-ci maddəsinin ç bəndinə görə bu hallardan biri də - müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallardır.
22. Qanunvericiliyin məzmunundan aydın olur ki, stajorluq dövrləri də əmək müqaviləsinin bağlanması hallarına aid edilməklə işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
23. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şəxs da əmək müqaviləsi bağlanmadan tibb bacısı kimi müxtəlif şöbələrdə işlərin görülməsinə cəlb edilmişdir. Bu hal X20 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində şahidlər tərəfindən verilən ifadələrlə və məhkəmə baxış iclasında əldə edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxs tərəfindən şahid kimi məhkəməyə gətirilən X21, X12, X16 və X6, X20 və onların çarpaz dindirilməsi zamanı verilən ifadələrlə baş vermiş inzibati xəta öz təsdiqini tapmışdır.
24. Bundan başqa Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ilk iclada səsləndirdiyi X8 xalasına məxsus 5000 manat pulun tələbi ilə bağlı səs yazısı məhkəməyə maddi sübut kimi təqdim edilməmiş, sonuncu iclasda isə baş vermiş inzibati xətanı vəzifəli şəxsə münasibətdə qəbul etdiklərini bildirmişdir.
25. Şəxsın şahid kimi dindirilən işçilərinin hər biri dəqiq ayı xatırlamasalar da X8 2023 və 2024-cü illərdə Cərahiyyə və Reanimasiya şöbəsində stajorluq etdiklərini verdiyi ifadələrlə təsdiqləmişlər. Eyni zamanda Hospitalda təcrübə keçənlərin nəinki təhsil aldıqları müddətdə, həm də təhsil aldıqdan sonra da Hospitala gəlmək imkanları olduqlarını, lakin bunun üçün hər hansı bir rəsmiləşdirmə aparıldıqlarından xəbardar olmadıqlarını bildirmişlər.
26. Məhkəmə onu qeyd etməyi vacib hesab edir ki, Şəxsın şahidlərinin və nümayəndəsinin işlətdiyi “ayrı-ayrı tibb tələbələri Hospitala stajorluğa gəlir” ifadəsi təcrübə ilə bağlıdırsa, birinci növbədə bu tələbələr hər hansı bir Ali təhsil müəssisəsində təhsil almalıdırlar. Bu təcrübəçilərə isə təhsil müəssisəsi və təcrübəyə getdiyi müəssisə tərəfindən nəzarət olunmalıdır. Belə ki, “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası”nın təsdiq edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında təcrübənin bir növü kimi istehsalat təcrübəsi nəzərdə tutulmuşdur. Bu qərarın 3.7-ci bəndinə görə istehsalat təcrübəsi - tələbənin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onları praktiki bacarıqlarla tamamlamaq məqsədilə təhsil müəssisəsindən kənardakı təcrübə bazasında təşkil edilən təcrübədir və bu zaman təcrübə keçməyə nəzarət mexanizmi təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yenə eyni qərarın 5.4-cü bəndinə görə təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir.
27. Nəzərə alsaq ki, X20 tələbə olmamışdır. Onda onun təcrübə keçməsi istisna edilir. Digər tərəfdən əgər Ləman təcrübəçi yox Şəxsın şahidlərinin və nümayəndəsinin də dediyi kimi stajor idisə onda Əmək Məcəlləsinin “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı 47-ci maddəsinin ç bəndinə əsasən onunla əmək müqaviləsi bağlanmalı idi.
28. Məhkəmə araşdırılması zamanı ifadə verən şahidlər stajor kimi fəaliyyət göstərənlərin barəsində Hospitalda hansı sənədləşmələrin aparıldığından xəbərdar olmadıqlarını bildirmişlər. Bunda başqa məhkəmə zalında müəyyən edilmişdir ki, Hospitalda adi tibb kurslarını bitirən şəxslərin reanimasiya və cərahiyyə kimi mühüm əhəmiyyətli şöbələrdə işə cəlb edilməsi faktı mövcuddur.
27. Məhkəmə bildirir ki, X8 verdiyi şikayət şahid kimi dindirilən X13 ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, o da bir müddət əmək müqaviləsiz işlədiyini bildirmiş, onunla daha sonra əmək müqaviləsi bağlandığını etiraf etmişdir. Eyni zamanda X8 və şahidin verdiyi ifadə ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan tibb kursunu bitirənlər stajor kimi müxtəlif şöbələrdə işlərə cəlb edilmişlər.
28. Məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi inzibati iş üzrə icraat zamanı ƏƏSMN-nin alt sisteminə baxış keçiməklə kifayətlənməmiş, işin düzgün həlli üçün, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, xüsusilə şikayət verən şəxsin və Şəxsın səlahiyyətli nümayəndələrinin ifadələrini almış, X8 hüquqi şəxs tərəfindən Şəxs da işə cəlb edilməsini alınan izahatlarla araşdırmış, aparılan araşdırma nəticəsində X20 ilə hər-hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirmişdir. Bununla da Şəxsın təqsirliliyini sübuta yetirən kifayət qədər dəlillər toplanılmaqla, Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmuşdur.
29. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
30. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs MMC-nə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxs MMC-nə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
31. Qeyd edilməlidir ki, Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
32. Məhkəmə, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.
33. Həmçinin məhkəmə Şəxs MMC-nə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
34. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
35. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
36. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
37. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
38. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
39. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
40. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
41. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
42. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
43. İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.
44. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarınd gösətirlir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.
45. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
46. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova