Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3221/2022 14.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1990-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı övladı olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Tərtib edilmiş MN № ******* saylı, 14 oktyabr 2022-ci il tarixli inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və məhkəmə əmrindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(020)-1919/2017 saylı məhkəmə əmrinə əsasən Beyləqan rayonu, Bolsulu kəndində yerləşən N saylı hərbi hissədə qulluq edən, xx.xx.1990-cı ildə anadan olmuş Şəxs 2 000 manat borc pul və ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq tələbkar, xx.xx.1965-ci ildə anadan olmuş X1 verilməsi əmr edilmişdir.Borcluya borcunu könüllü ödəmə barədə bildiriş göndərilməsinə baxmayaraq borcu borcu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 izahatında bildirdi ki, (borclu) Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(020)-1919/2017 saylı məhkəmə əmrinə əsasən Beyləqan rayonu, Bolsulu kəndində yerləşən N saylı hərbi hissədə qulluq edən, xx.xx.1990-cı ildə anadan olmuş Şəxs 2 000 manat borc pul və ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq tələbkar, xx.xx.1965-ci ildə anadan olmuş X1 verilməsi əmr edilmişdir.Borcluya borcunu könüllü ödəmə barədə bildiriş göndərilməsinə baxmayaraq borcu borcu ödəməkdən imtina etmişdir.Buna görə də, protokolun təmin olunmasını və borclu Şəxs inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. İnzibati iş dərhal baxılmalı material olduğundan iş üzrə tələbkar X4 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada (telefon vasitəsilə) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs ona tələbin könüllü ödənilməsi barədə bildiriş təqdim olunmadığından, habelə o, artıq Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(020)-1919/2017 saylı məhkəmə əmrinə əsasən borcun 1 500 manat hissəsini ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsə tələbin könüllü ödənilməsi barədə bildiriş təqdim olunmadığından, habelə borclu artıq Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2017ci il tarixli, 2(020)-1919/2017 saylı məhkəmə əmrinə əsasən borcun 1 500 manat hissəsini ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(020)-1919/2017 saylı məhkəmə əmrinə əsasən məlum olur ki, Beyləqan rayonu, Bolsulu kəndində yerləşən N saylı hərbi hissədə qulluq edən, xx.xx.1990-cı ildə anadan olmuş Şəxs 2 000 manat borc pul və ödənilmiş 21 manat dövlət rüsümunun alınaraq tələbkar,xx.xx.1965-ci ildə anadan olmuş X1 verilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən borcluya borcun könüllü ödəməsi barədə bildiriş rəsmi qaydada təqdim olunmadığından və bildiriş məhkəmə baxışı zamanı borcluya təqdim olunduğundan, habelə borclu umumi borcdan 1 500 manat ödənildiyini iddia etməsinə baxmayaraq bu fakt icra məmuru tərəfindən tam araşdırılmadan inzibati xəta haqqında protokol tərtib olunduğundan borclu barəsində məcburi icra hərəkətləri tətbiq edilə bilməz.Belə ki, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat alınmalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir.Lakin iş materialları araşdırılarkən məlum olmuşdur ki, könüllü ödəmə barədə bildirişin borcluya təqdim edilməsi barədə sənəd iş materiallarında mövcud deyildir, bildiriş borcluya məhkəmə iclası zamanı təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. 3(001)-3221/2022 saylı inzibati işi üzrə müdafiəçi X5 məhkəmə baxışı zamanı 6 (altı) saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN- 990003611,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB* *******************,VÖEN**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3221/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3221/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver