Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3228/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, X6 iclas katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00026 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00026 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 onun barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilməklə xx.xx.2023-cü il tarixli 00800-00472/23 nömrəli protokol və həmin protokol əsasında 00800/00026 saylı qərar qəbul edilmişdir. Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvvəkkil banklarında olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilimiş statistik cədvələ əsasən guya, o xx.xx.2021-ci il tarixli **********079570 və xx.xx.2021-ci il tarixli **********5323 sorğu nömrəli gömrük bəyanəməsi üzrə ixrac edilən malların müqabilində ümumilikdə 2710 ABŞ dolları (4607 manat) məbləğində qalıq vəsait müvəkkil bank hesabına köçürülməməsi məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00800-00472/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla barəsində inzibati protokol və inzibati qərar tərtib edilmişdir. Qeyd edir ki, barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə təqsirinin olub-olmaması, inzibati xətanın baş verdiyi tarixi, müddətin ötməsi müəyyən edilməmiş və nəticədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələri və yazılı şikayəti nəzərə alınmadan qərar qəbul edilmişdir. Hətta barəsində qəbul edilmiş inzibati qərar rəsmi qaydada ona icra şöbəsinə dəvət olunduğu zaman məlumatı olmuş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək 21 may 2024-cü il tarixdə rəsmi qaydada almışdır. İnzibati qərarda qeyd olunan əsaslarla razı deyildir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00026 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə iclasının qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 sentyabr 2023-cü il tarixli 00800/00026 nömrəli qərardan görünür ki, vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və 4607 manatın 50 (əlli) faizi həddində, yəni 2303.50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X4 tərəfindən xx.xx.2021-ci il tarixli **********079570 və xx.xx.2021-ci il tarixli **********5323 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində ümumilikdə 2710 ABŞ dolları məbləğində vəsaitin hansı tarixdə müvəkkil bank hesabına köçürülməsini dəqiqləşdirmək üçün “X2 Sisteminə” informasiya resursuna baxış keçirilmiş və xx.xx.2021-ci il tarixli **********5323 sorğu nömrəli gömrük bəyannaməsi üzrə vəsaitin xx.xx.2021-ci il tarixdə müvəkkil bank hesabına köçürüldüyü, xx.xx.2021-ci il tarixli **********079570 sorğu nömrəli gömrük bəyannaməsi üzrə vəsaitin xx.xx.2021-ci il tarixində müvəkkil bank hesabına köçürülməsi, müqavilə tarixinin xx.xx.2021-ci il qeyd edildiyi göstərilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti, iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət təmin edilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Hazırki iş materiallarından görünür ki, X4 tərəfindən xx.xx.2021-ci il tarixli **********079570 və xx.xx.2021-ci il tarixli **********5323 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində ümumilikdə 2710 ABŞ dolları məbləğində vəsaitin hansı tarixdə müvəkkil bank hesabına köçürülməsini dəqiqləşdirmək üçün “X2 Sisteminə” informasiya resursuna baxış keçirilmiş və xx.xx.2021-ci il tarixli **********5323 sorğu nömrəli gömrük bəyannaməsi üzrə vəsaitin xx.xx.2021-ci il tarixdə müvəkkil bank hesabına köçürüldüyü, xx.xx.2021-ci il tarixli **********079570 sorğu nömrəli gömrük bəyannaməsi üzrə vəsaitin xx.xx.2021-ci il tarixində müvəkkil bank hesabına köçürülmüşdür. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00026 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/00026 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3228/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3228/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver