Məhkəmə qərarları › İş №3(001)-3230/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3230/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3230/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X19 katibliyi, zərərçəkmiş şəxs X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X11, şikayət vermiş şəxs "xxxx" MMCnin direktoru X5 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. "xxxx" MMC-nin direktoru X8 şikayətini onunla əsaslandırmışdır ki, X9 tərəfindən "xxxx" MMC-yə qarşı əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edilmişdir. Bundan sonra X1 haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi aşkar olunmuş və bununla bağlı olaraq "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iş düzgün şəkildə araşdırılmamışdır və buna görə də qəbul edilmiş qərar əsassız olduğundan tətbiq olunan cərimə də qanunsuz hesab olunmalıdır. Belə ki, xx.xx.2022-ci ildə X9 ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək bildirmişdir ki, onun son-haqq hesabı tam şəkildə ödənilmişdir və onun "xxxx" MMC-yə qarşı heç bir şikayəti yoxdur. Lakin, X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2022-ci ildə qərar qəbul edilmişdir. Yəni "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunarkən X9 tərəfindən heç bir şikayət olmamış və onun son haqq-hesabı tam şəkildə ödənmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, X9 tərəfindən "xxxx" MMC-yə qarşı heç bir şikayət yoxdur və buna görə də əsassız və qanunsuz olaraq X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tətbiq olunan 1200 (bir min iki yüz manat) manat inzibati tənbeh növündə cərimə ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X8 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 çıxış edərək bildirmişdir ki, onunla "xxxx" MMC arasında bağlanmış 03 iyun 2021-ci il tarixli əmək müqaviləsinə əsasən “sürücü” vəzifəsinə qəbul edilmişdir. İşlədiyi dövr ərzində son haqq-hesab və işlədiyi əlavə saatlara görə haqq ödənilməməsinə dair şikayətlə Əmək Müfəttişliyinə müraciət etmişdir. İşlədiyi müddət ərzində əmək haqqını tam şəkildə vaxtı-vaxtında almışdır. Riyazi bilikləri yaxşı olmadığı üçün hesablamalarda anlaşılmazlıq olmuş və hazırda həmin şirkətə qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna dair xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə yazılı ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o 21 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə qarşı heç bir şikayət və tələbinin olmamasına dair yazılı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 müraciət etmiş, həmin ərizəni elə həmin gün xx.xx.2022-ci il tarixdə qəbul etmişlər. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X18 çıxış edərək bildirmişdir ki, vətəndaş X4 müraciəti əsasında DƏMX-də araşdırma aparılmış və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X5 əməlində inzibati xəta tərkibi aşkarlandığından onun barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, "xxxx" MMC-nin direktoru X8 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 iyun 2021-ci il tarixli, 250 nömrəli əmrin surətindən görünür ki, X2 Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişdir. 03 iyun 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X9 ilə "xxxx" MMC-nin direktoru X8 arasında X6 həmin MMC-yə sürücü vəzifəsinə işə qəbul edilməsinə dair müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X10 öz xahişi ilə işdən azad edilməsini istəmiş və əmək haqqı, son haqq-hesab, işdən çıxma əmrinin surətini almasını və heç bir tələbi olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli 216 nömrəli əmrin surətindən görünür ki, X9 ilə bağlanmış 4568WGK000500 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. 29 iyun 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X7 işlədiyi son haqq hesabın pulu cəmi 116 manat 10 qəpik məbləğ ödənilmişdir. X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, işlədiyi müddət ərzində əmək haqqını vaxtı-vaxtında aldığını, riyazı bilikləri yaxşı olmadığından anlaşılmazlıq olduğunu və hazırda "xxxx" MMC-dən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, vətəndaş X9 03 iyun 2021-ci il tarixdən 29 iyun 2022-ci il tarixə kimi "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. 29 iyun 2022-ci il tarixdə X4 öz arzusu ilə onlar arasında yaranmış əmək münasibətlərinə xitam verilmişdir. İşlədiyi dövr ərzində X2 Məcəlləsində nəzərdə tutulan işçi hüquqlarının pozulması iddiası ilə X12 müraciət etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi X3 haqq-hesab və əmək haqqını tam şəkildə aldığını bildirmiş və "xxxx" MMC-dən heç bir şikayəti və tələbi olmadığını vurğulamışdır. Buna baxmayaraq, şikayət vermiş şəxsin xx.xx.2022-ci il tarixli ərizəsi nəzərə alınmadan, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru barəsində İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X9 ona verilən suallara cavab olaraq "xxxx" MMC-yə qarşı heç bir şikayət və tələbinin olmamasına dair yazılı ərizəsini elə həmin gün xx.xx.2022-ci il tarixdə özü tərəfindən şəxsən aidiyyatı əməkdaşa təqdim etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X18 tərəfindən məhkəməyə təqdim edilmiş həmin ərizənin surətindən görünür ki, bu ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və üzərində **********2 saylı nömrə ilə qeyd aparılmışdır. Belə olduğu halda sözügedən ərizənin X9 tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə təqdim edilməsinə baxmayaraq, hansı səbəbdən xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC-nin direktoru barəsində AR İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati tənbehvermə haqqında qərar qəbul edildikdən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə qeydiyyata alınması məsələsi aydınlaşdırılmalıdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş həmin ərizənin surətindən görünür ki, həmin ərizənin üzərində yalnız “**********2” qeydiyyat nömrəsi və “xx.xx.2022” tarixi əks edilmişdir. Lakin ərizənin üzərində onun hansı səlahiyyətli şəxs tərəfindən qəbul edilməsi, ərizənin rəsmi şəkildə qəbul edilməsini təsdiq edəcək səlahiyyətli şəxsin imzası mövcud deyildir. Göründüyü kimi, X8 tərəfindən işəgötürən kimi işçi X4 əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X17 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X17 vəzifəli şəxs kimi X5 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, inzibati xəta haqqında iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, "xxxx" MMCnin direktoru X5 əməlində inzibati xəta olub-olmaması məsələsi araşdırılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, "xxxx" MMC-nin direktoru X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar