Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3231/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11398936 saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11398936 saylı qərarından şikayət verərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 12:26 radələrində Əhmədli kəndinin girişində (arka) hərəkət edən zaman nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə 50 manat məbləğində cərimə edilmiş, barəsində DİN-nin Baş X9i İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında EQ 11398936 saylı qərar çıxarılmışdır. Şikayət ehtimal olunan qayda pozuntusunun videogörüntüsünə istinadən belə əsaslandırılmışdır ki, piyada səkidən yola daxil olarkən öncə yolun hərəkət hissəsinə daxil olur və yolu çəpinə (diagonal üzrə) keçir.Yol dörd zolaqlı yoldur, piyada isə yolun birinci zolağını yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsilə hərəkət edir, sonradan ikinci zolağa çatanda hərəkət istiqamətini 45 dərəcə dəyişərkən piyada keçidinə daxil olur.Əlavə olaraq, şikayətçi ərizəsində piyadanın yolu keçən zaman telefona baxdığını, “Yol Hərəkəti haqqında” Qanunun “Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.Eyni zamanda piyada yolun hərəkət hissəsinə yalnız piyada keçidi ilə daxil olmalıdır.” şəklində ifadə olunmuş 40-cı maddəsinin tələblərini pozduğuna istinad etmişdir.Onun fikrincə, piyada yolun hərəkət hissəsinə piyada keçidiylə daxil olmamaqla, həmçinin diqqəti mobil telefonda olduğundan yaxınlaşmaqda olan nəqliyyat vasitəsini izləməməklə qayda pozuntusuna yol verir.Şikayətçi, ayrıca qeyd etmişdir ki, onun nəqliyyat vasitəsi və yolu keçən piyada bir-birinin hərəkətinə maneə yaratmamış, hətta piyada onun nəqliyyat vasitəsi yaxınlaşdıqca sürətini artırmışdır. Şikayətçi 21 sentyabr 2022-ci il tarixində mailto:info@dyp.gov.azElektron ünvan 1 və Elektron ünvan 2.az elektron ünvanların şikayət ərizəsində göstərdiyi əsasla müraciət etmiş, lakin hər hansı yazılı rəsmi cavab almamışdır.Şikayət ərizəsi verilməzdən 7-10 gün əvvəl Elnur adlı şəxs ona zəng etmiş, qərarın qüvvədə qaldığını, razı olmadığı təqdirdə icraatı dayandıracağını bildirmişdir. Şikayətçi qeyd olunanları nəzərə alaraq İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11398936 saylı elektron qərarının ləğv olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X9 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X9 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinin tələblərinə əsasən, sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə edilir. Həmçinin, Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, şikayətçinin özünün izahatına və o cümlədən, iş materiallarında olan videogörüntüyə əsasən aydın olur ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi piyada keçidinin qarşısında olan zaman artıq piyada hərəkət istiqamətini düzəltmiş və piyada keçidinin üzəri ilə hərəkətdə olmuşdur.Əlavə olaraq, sürücü “Yol Hərəkəti haqqında” Qanunun tələbini pozaraq piyada keçidinə yaxınlaşan zaman sürətini də azaltmamışdır.Beləliklə də, müəyyən olunur ki, X5 nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətmişdir.Belə ki, Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın.Əgər piyada keçidə daxil olursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.Buna görə də, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11398936 saylı qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11398936 saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3231/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3231/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver