Məhkəmə qərarları › İş №3(001)-3232/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3232/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3232/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1982 ildə Xanlar şəhəri Topalhəsənli kəndindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Digah qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı Cəfərov Elvin tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, MN №0714838 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixində hərbi rejim qaydasını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Şəxs və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab X1 RPİ-nin PPXB-nin polis əməkdaşları N.Məmmədov və T.Əsgərov tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonunun inzibati ərazisində xidmətdə olan zaman saat təxminən 22:00 radələrində hərbi rejim qaydasını pozan beş nəfər vətəndaşı saxlamışlar, dərhal həmin şəxsləri komendant saatını pozduqları üçün 4-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Rahib Mirzəyevə verdiyi yazılı izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixində komendant saatı vaxtında küçədə olduğunu etiraf etmişdir. Əməlindən peşmandır, bu kimi hallara bir daha yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN №0714838 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Hesab edirəm ki, Şəxs hərbi vəziyyət rejiminin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar