Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3236/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cı PB-nin sahə rəisi, polis mayoru X26, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru X30 izahat verərək bildirmişdir ki, 17.07.2021-ci il tarixdə X23 əmlakın oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X20 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 27.07.2021-ci il tarixdə cinayət işinin başlanması edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 10.08.2021-ci il tarixdə X12 əmlakın oğurlanması ilə bağlı 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X8 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 20.08.2021-ci il tarixdə cinayət işinin başlanması edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 13.08.2021-ci il tarixdə X21 əmlakın oğurlanması ilə bağlı 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X13 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 23.08.2021-ci il tarixdə cinayət işinin başlanması edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 18.08.2021-ci il tarixdə X5 əmlakın oğurlanması ilə bağlı 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X3 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 28.08.2021ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 21.08.2021-ci il tarixdə X15 əmlakın oğurlanması ilə bağlı 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X10 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 01.09.2021-ci il tarixdə cinayət işinin başlanması edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 03.09.2021-ci il tarixdə X6 əmlakın oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X4 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 13.09.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Bundan başqa, 03.09.2021-ci il tarixdə X22 əmlakın oğurlanması ilə bağlı 43-cü PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə X16 dəymiş ziyan 100 manatdan yuxarı olmadığından 13.09.2021-ci il tarixdə cinayət işinin başlanması edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində hər qeyd olunan hadisələr üzrə Şəxs şübhəli olması müəyyən edilmişdir. Bu səbəblə Şəxs bölmənin əməkdaşları tərəfindən saxlanılaraq 43-cü PB-nə gətirilmiş və sonuncunun izahatı alınan zaman hər şeyi etiraf etmişdir. Bu səbəblə bölmə tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən 15.09.2021-ci il tarixdə sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir və maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. O, 17.07.2021-ci il tarixdə Binəqədi rayonu, 2-ci mədən ərazisində yerləşən bərbər dükanına qapının kilidini sındıraraq daxil olmuş və oradan bir ədəd notbuk və elektrik çaynikini oğurlamışdır. Bundan başqa, o, 10.08.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən ət dükanında heç kəsin olmadığını görüb oradan ət oğurlamışdır. Bundan başqa, o, 11.08.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evin su sayğacını oğurlamışdır. Bundan başqa, o, 13.08.2021-ci il tarixdə Binəqədi rayonu, 1-ci mədən ərazisində yerləşən evə pəncərədən daxil olaraq oradan bir ədəd qızıl sep oğurlamışdır. Bundan başqa, o, 21.08.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evin su sayğacını oğurlamışdır. Bundan başqa o, 03.09.2021-ci il tarixdə Binəqədi rayonu, Goradil Bağları ərazisində yerləşən fərdi yaşayış evinə pəncərədən daxil olaraq həmin ünvandan soyuducunun mi hissələrini, elektrik naqilini, köhnə qab-qacaqları və samovarı oğurlamışdır. Bundan başqa o, 03.09.2021-ci il tarixdə Binəqədi rayonu, Fatmayi qəsəbəsində yerləşən fərdi yaşayış evinə qapıdan daxil olaraq orada olan velosipedi oğurlamışdır. Oğurladığı həmin əşyaları və ərzağı müxtəlif vaxtlarda sataraq pul əldə etmiş və pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxslərə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, eləcə də hazırda da heç bir məbləğdə pul ödəmək imkanı yoxdur. törətdiyi inzibati xətalardan peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X24 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi inzibati xətaları səmimi etiraf edib əməlindən peşman olmasının nəzərə alınaraq ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27.07.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X17 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Ramazanov küçəsində yerləşən bərbər salonundan X20 məxsus “HP” markalı notbuku və elektrik samovarının oğurlanması nəticəsində sonuncuya 100 manat məbləğində maddi ziyan dəymişdir. 20.08.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərəz adlanan ərazidə yerləşən ət dükanından mal və qoyun ətinin oğurlanması nəticəsində X8 80 manat məbləğində maddi ziyan dəymişdir. 23.08.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X11 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən tikilidən bir ədəd qızıl sepin oğurlanması nəticəsində X13 100 manat məbləğində maddi ziyan dəymişdir. 28.08.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38-də yerləşən evdən su sayğacının oğurlanması nəticəsində X3 88,58 manat məbləğində maddi ziyan dəymişdir. 01.09.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X9 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 11, ev 29-da yerləşən evdən su sayğacının oğurlanması nəticəsində X10 40 manat məbləğində maddi ziyan dəymişdir. 13.09.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, 3-cü Mədən, Korpus 108, ev 117-də yerləşən evdən soyuducunun mis hissələrinin, elektrik naqilinin, köhnə qab-qacaqlarının və samovarın oğurlanması nəticəsində X4 100 manat məbləğində maddi ziyan dəymişdir. 13.09.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X14 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Fatmayı Bağları, Dalğa düşərgəsində yerləşən evdən bir ədəd Star markalı velosipedin oğurlanması nəticəsində X16 100 manat məbləğində maddi ziyan dəymişdir. 14.09.2021-ci il tarixli, AZA 009410 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.09.2021-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.09.2021-ci il tarixdə X4 məxsus əmlakı oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.09.2021-ci il tarixdə X16 məxsus əmlakı oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.08.2021-ci il tarixdə X3 məxsus əmlakı oğurlayaraq ona 88,58 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.08.2021-ci il tarixdə X8 məxsus əmlakı oğurlayaraq ona 80 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.08.2021-ci il tarixdə X10 məxsus əmlakı oğurlayaraq ona 40 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.07.2021-ci il tarixdə X20 məxsus əmlakı oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.08.2021-ci il tarixdə X13 məxsus əmlakı oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati ətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxs Şəxs hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3236/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3236/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver