Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3236/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 86006.25 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 86006.25 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin 16 noyabr 2022-ci il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, CX29482 nömrəli müqaviləyə əsasən 86006.25 Avro məbləğində vəsait “Sibur Holdinq” PSC-nin (satıcı) hesabına köçürülmüşdür və həmin köçürmənin müqabilində satıcı tərəfindən mal onlarla "xxxx" MMC arasında imzalanmış RP/AP-xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavələrə müvafiq olaraq təhvil verilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən köçürülmüş 86006.25 Avro köçürməsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bu hal "xxxx" QSC tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli məktub ilə də təsdiq edir. Bu səbəbdən, qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-də olan hesabdan 86006.25 Avro məbləğində pul vəsaiti «PAO SİBUR HOLDİNG İNN» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 00238 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. xx.xx.2022-ci il tarixli malın təhvil-təslim aktından görünür ki, “Sibur Holdinq” PSC (Satıcı) və Şəxs MMC (Alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli CX29482 nömrəli müqavilə və xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavə üzrə (invoyslar və digər müşayiətedici sənədlər əsasında) Satıcı tərəfindən "xxxx" MMC adlanan üçüncü tərəfə təhvil verilmiş mal (malın adı: polipropilen sınaq partiyası, marka PP H030 GP/3, TŞ 20.16.51-***-*******8- 2018, 103.125 ton miqdarında) Şəxs MMC və "xxxx" MMC arasında imzalanmış RP/APxx.xx.2020 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə edilən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavələrə müvafiq olaraq Şəxs MMC (Satıcı) tərəfindən təhvil verilmiş və "xxxx" MMC (Alıcı) tərəfindən təhvil alınmış hesab edilir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə “PAO Sibur Holding”ə avans olaraq ödənilmiş 86006.25 məbləğində qabaqcadan ödəniş, məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəmə tapşırığı, ********** saylı invoice və xx.xx.2020-ci il tarixli CX 29482 saylı müqavilə əsasında ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2177/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP0033918 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri omadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" QSC-dən köçürülmüş 86006.25 Avro məbləğində köçürmənin müqabilində təhvil verilmiş mal Şəxs ilə "xxxx" MMC arasında imzalanmış RP/APxx.xx.2020 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır. Bundan əlavə “Sibur Holding” PSC (satıcı) və "xxxx" MMC (alıcı) arasında bağlanmış 22.06. 2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə edilən xx.xx.2020-ci il tarixli 2 saylı əlavəyə müvafiq olaraq mal(malın adı: polipropilen sınaq partiyası. Marka PP H030 GP/3, TŞ20.16.51-***-*******8-2018, miqdarı 103.125 ton) satıcı tərəfindən 3-cü tərəfə -"xxxx" MMC-yə ötürülmüş, 19 may 2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavələrə müvafiq olaraq, o cümlədən malın xx.xx.2020-ci il təhvil-təslim aktı üzrə alıcı -"xxxx" MMC həmin malların dəyərini Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına xx.xx.2022-ci il tarixdə 60000 ABŞ dolları məbləğində və xx.xx.2022-ci il tarixdə 53 437.5 ABŞ dolları məbləğində ödəmişdir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" QSC hesabına ölkə xaricinə köçürülmüş 86006.25 Avro məbləğində alinan mallar Gürcüstan Respublikasında yerləşən -"xxxx" MMC-yə göndərilmiş, həmin malların dəyəri isə Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına xx.xx.2022-ci il tarixdə 60000 ABŞ dolları məbləğində və xx.xx.2022-ci il tarixdə 53 437.5 ABŞ dolları məbləğində ödənilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3236/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3236/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver