Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3241/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X3, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "Opel Astra" markalı , **-ON-*** nömrə nişanlı avtomobillə Binəqədi yolunda düz xətlə hərəkətdə olduğu zaman öndə hərəkətdə olan avtomobili ötmə əməliyyatı edərək yenə də hərəkət etdiyi istiqamətə keçmiş və qarşı tərəfdə hərəkətdə olan X10 əməkdaşları tərəfindən bu qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi rayon DYPŞ Yol Patrul xidmətinin inspektoru Nemət Qazıbəyov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayon DYPŞ Yol Patrul xidmətinin inspektoru Nemət Qazıbəyov tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Bu qərar qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələbləri pozulmaqla qəbul edilmişdir . Heç bir araşdırma aparılmadan protokol tərtib edildiyi gün inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun əməlində AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin törədilməsi halı mövcud olmasına baxmayaraq, barəsində 327.4 və 327.7-ci maddələri tətbiq edilmişdir. Göründüyü kimi əsassız olaraq AR İXM-nin 327.4 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu, onun sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması ilə nəticələnəcəkdir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra araşdırma aparılmalı və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli idi. Lakin, inzibati tənbeh vermə haqqında qərar inzibati xəta haqqında protokolla eyni gündə qəbul edilmişdir. Həmçinin, protokolda yalnız ad-soyad, ünvan və müvafiq maddələr qeyd edilmiş, digər heç bir qeyd yoxdur. İnzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Buna görə də qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə inzibati tənbeh vermə barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun çıxış edərək, bildirmişdir ki, idarə etdiyi “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun əməlində İXM-in 327.2-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən barəsində İXM-in 327.4 və 327.7-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən, Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X5 verilmiş şikayət üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinə göndərilməli, şikayət qalan hissədə isə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən İXM-in 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-in 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X4 idarə etdiyi “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-in 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbindən onun barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidməti inspektoru, polis serjantı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş 08 oktyabr 2022-ci il tarixli İXP4947826 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi tərəfin imzası ilə təsdiq edilməmiş, izahatı alınmamış, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmiş və o, bu barədə məlumatlandırılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokolda “protokolun surətini aldım: X4” qeyd edilsə də, şəxsin protokolun surətini almasına dair imzasına və ya almaqdan imtina etməsinə dair hər hansı qeydə rast gəlinmir. Bütün bunlar inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyini göstərir. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş İXP4947826 saylı, 08 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin inzibati tənbehvermə haqqında qərar da Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, X4 barəsində İXM-in 327.4 və 327.7-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati tənbehvermə haqqında qərar qəbul edilmən zaman İXM-in 124.4cü maddəsinin tələbləri pozulmuşdur. Qanunverciliyin tələbinə əsasən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş İXP4947826 saylı, 08 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol X2 həmin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmaması səbəbindən baxılması üçün yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməli olduğu halda, bu qaydaya əməl edilməmiş, onun tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bundan əlavə şikayət vermiş şəxs onun törətdiyi inzibati xətanın düzgün olmayaraq İXM-in 327.4 və 327.7-ci maddələri ilə tövsif edildiyini, əslində isə onun tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini bildirmişdir. Şikayətçinin yuxarıda göstərdiyi dəlil ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 törətdiyi əməldə hansı inzibati xətanın tərkib əlamətlərinin olması məsələsi inzibati xətanın törədildiyi ərazidə videomüşahidə vasitələrinin qeydə alındığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla aydınlaşdırılmalı, X4 tərəfindən İXM-in hansı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyənləşdirilməlidir. Məhkəmə şikayət vermiş şəxsin onun barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə inzibati tənbehvermə haqqında qərar çıxarılması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. İXM-in 43.1-ci madddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi, İXM-in 327.2, 327.4, 327.7-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Bu səbəbdən, məhkəmənin səlahiyyət dairəsində olmadığına görə şəxs barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbehvermə haqqında qərar qəbul edilməsi hissəsində şikayətin təmin edilməsi mümkün hesab olunmur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməli, şikayət qalan hissədə isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsi X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3241/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3241/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver