Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3250/2022 28.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi X21 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X21 oğlu məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli elektron qərar qəbul edilmişdir. Lakin qeyd edilən avtomobili xx.xx.2014-cü il tarixdə X12 etibarnamə ilə satmışdır. Bu səbəbdən qərar qanunsuz və əsassız olduğundan Qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. Şikayətçi X21 oğlu yuxarıda göstərilənlərini rəhbər tutaraq xx.xx.2021-ci il tarixli elektron qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi Salam-X20 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2021-ci il tarixli elektron qərarına əsasən X21 oğlu Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 016-99607-1222 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin məktubunun surətindən görünür ki, “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışdan görünür ki, “VAZ 21074” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəetmək hüququ Salam-zadə X23 tərəfindən X12 verilmişdir. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmuş, həmin avtomobilə dair mülkiyyətçi tərəfindən X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2038-ci il tarixə kimi etibarnamə verilmiş, daha sonra X13 tərəfindən xx.xx.2012-ci il tarixdə xx.xx.2038-ci il tarixə qədər X1, X6 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2038-ci ilə kimi X10, X14 tərəfindən 03 oktyabr 2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X4, X8 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X12 etibarnamə verilmişdir. “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin X9 istifadəsində olmamasına baxmayaraq, onun barəsində xx.xx.2021-ci il tarixdə AR İXM-nin 339.1-1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21074” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Salam-ZadəElçin Akif oğlunun istifadəsində olmamasına baxmayaraq inzibati təbehvermə haqqında qərar, əsassız olaraq onun barəsində qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın nəqliyyat vasitəsinə dair etibarnamə verilmiş sonuncu şəxsin yəni X11 və ya nəqliyyat vasitəsinin mülkiyyətçisinin yəni X5 barəsində tətbiq edilməli olmasına baxmayaraq, Binəqədi RPİ-nin X27 Şöbəsi tərəfindən əsassız olaraq nəqliyyat vasitəsi istifadəsində olmadığı şəxs, yəni X21 oğlu barəsində qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X21 oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Binəqədi Rayon Polis İdarəsi X27 Şöbəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X21 oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3250/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3250/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver