Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3255/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis kapitanı X2, Zərərçəkmiş şəxs X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində X4 məxsus evindən Redmi 8 markalı mobil telefonu oğurlaması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, X4 məxsus evindən mobil telefonunun oğurlanması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət daxil olmuşdur. Şübhəli bilinən Şəxs saxlanılaraq PB-nə gətirilmişdir. Bölmədə əməlini etiraf etmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndərimişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, həqiqətən də mobil telefon oğurlamışdır. Tərəflər arasında barışığa nail olunmasını nəzərə alaraq ona həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. O bildirmişdir ki, qardaşı doğuşdan ürək qüsurludur və üalicəsinə pul lazım olduğu üçün avqust ayında oğurluq etmiş telefonu 70 manata satmış və pulunu qardaşının müalicəsi üçün atasına vermişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmişlə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Nəsimi Musayevin xx.xx.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutulma haqqında AZA 019073 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə alınmış izahatında xx.xx.2022ci il tarixdə Redmi 8 note markalı telefon oğurladığını etiraf etmişdir. X3 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şəxs xırda talaması nəticəsində X4 maddi ziyan dəyməsi, həmin halın izahatlar və iş materiallarında olan sübutlarla öz təsdiqini tapması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. İXM-in 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara və qanunun tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-53, 61, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3255/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3255/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver