Məhkəmə qərarları › İş №3(001)-3257/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3257/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3257/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət ərizəsi ilə 21 oktyabr 2022-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin şikayətini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin və şikayətə əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, şikayətçi inzibati xəta haqqında qərardan şikayəti qanunla müəyyən olunmuş müddət, yəni 10 gün keçdikdən sonra vermiş, lakin prosessual müddətin bərpası barədə vəsatəti şikayətinə əlavə etməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmçinin, şikayət ərizəsinin məzmununa əsasən məlum olur ki, şikayət ərazi aidiyyatı üzrə düzgün verilməmişdir. Belə ki, şikayətin məzmununa əsasən məlum olur ki, inzibati xəta Xızı rayonun inzibati ərazisində baş vermişdir.Həmçinin, X2 isə Şamaxı rayonu, Dağ Göylər kəndində yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından — apelyasiya instansiyası məhkəməsi; kollegial orqanın qərarından — kollegial orqanın olduğu yerin məhkəməsinə;səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından — yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə Hesab edirəm ki, şikayətçi şikayəti ərazi aidiyyatı üzrə düzgün vermədiyindən, həmçinin şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmədiyindən X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 128-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, o, həmin qüsurları aradan qaldırdıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar