Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3264/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nadir oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, fərdi evdə yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Nadir oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs Nadir oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00-da Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat qrupu vətəndaş X2 DİN-in 102 xidmətinə etmiş olduğu müraciəti əsasında vətəndaşa ziyan vuran xx.xx.1990-cı il təvəllüdlü X1 RPİ-nin 43-cü PB-nə gətirilmiş, bölmənin inzibati binasında olan zaman içkili olduğu üçün əməliyyat qrupunun üzvlərinə qarşı qeyri-etik sözlərdən istifadə etmişdir. Belə ki, həmin şəxsi nizam-intizama dəfələrlə dəvət edilsə də, içkili olduğu üçün qeyri etik ifadələrdən istifadə etməsini dayandırmamış və yüksək səs tonu ilə danışaraq bölmənin iş rejimi pozmuşdur. Bölmədə Şəxs Nadir oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs Nadir oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nadir oğlu izahat verərək bildirmişdir ki, Tərlan Gülməmmədovla münaqişəsi olduğundan xx.xx.2022-ci il tarixdə spirtli içki qəbul edərək həmin şəxsin ofisinin qarşısına getmişdir. O, şüşələrə zərbə endirərək ofisin şüşələrini sındırmış, içkili olduğu üçün uca səslə nalayiq ifadələr işlətmişdir. Bundan sonra Tərlan Gülməmmədov DİN-in 102 xidmətinə müraciət etmiş, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları hadisə yerinə gələrkən o, içkili olduğundan bölməyə getməkdən imtina etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşağının, xəstə anasının olmasının nəzərə alınmaqla məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliiyat müvəkilli, polis leytenantı X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00-da DİN-in 102 Xidməti Zəng Mərkəzinə daxil olmuş müraciət əsasında hadisə yerinə getmişlər. Orada 1 nəfər şəxsin içkili halda əmlaka ziyan vurduğunu görmüşlər, həmin şəxsi bölməyə dəvət etdikdə onların qanuni tələblərinə tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis bölmədə həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Şəxs Nadir oğlu olduğu məlum olmuşdur. Şəxs Nadir oğlu törətdiyi əməldən peşman olaraq hadisədən sonra polis əməkdaşlarından dəfələrlə üzr istəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs Nadir oğlu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 43-cü Polis Bölməsinə gətirilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nadir oğlu xx.xx.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli inzibati qaydad tutma haqqında protokoldan görünür ki, Şəxs Nadir oğlu xx.xx.2022-ci il tarixdə 21.00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, 2/25693 saylı protokoldan görünür ki, Şəxs Nadir oğlunda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Nadir oğlu əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs Nadir oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs Nadir oğlunun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs Nadir oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir, barəsində inzibati cərimə növündə tənbeh təyin edildiyindən Şəxs Nadir oğlu məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Nadir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Nadir oğlu məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3264/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3264/2022
24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver