Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3266/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 18000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Şəxs tərəfindən gömrük bəyannaməsinin onlara təqdim olunduğunu, problemin MMC tərəfindən müvafiq sənədin banka gec təqdim olunmasından qaynaqlandığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin, MMC tərəfindən məhkəməyə elektron qaydada ərizə və gömrük bəyannaməsi ünvanlanaraq bildirilmişdir ki, inzibati protokolun tərtib edilməsinə əsas gömrük brokeri tərəfindən gömrük bəyənnaməsində texniki olaraq səhv məlumatların qeyd olunmasıdır. Daha sonra həmin səhvlər düzəldilmiş və yeni gömrük bəyənnaməsi tərtib edilmişdir. Qeyd olunan gömrük bəyənnaməsi müvafiq olaraq Mərkəzi Banka təqdim edilmişdir. Göründüyü kimi "xxxx" MMC-ni əməllərində İXM-nin 430.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Bu səbəbdə hüquqi şəxs barəsində qəbul edilmiş protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2023-cu il tarixli, müqavilədən görünür ki, Şəxs ilə “Femsan” şirkəti arasında müqavilə bağlanmışdır.
5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, PB/BPŞ-OUT-00202-2025-ci il tarixli məktubdan görünür ki, Şəxs qabaqcadan ödəniş etsə də, 18000.00 ABŞ dolları məbləğin müqabilində mallar ölkəyə daxil olunmayıb, nə də həmin vəsait geri qaytarılmayıb.
6. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Şəxs barəsində İXM-nın 430.4-cü maddəsinə uyğun olaraq inzibati xəta barəsində protokol tərtib edilmişdir.
7. Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, inzibati protokolun tərtib edilməsinə əsas gömrük brokeri tərəfindən gömrük bəyənnaməsində texniki olaraq səhv məlumatlar qeyd olmuş, daha sonra həmin səhvlər düzəldilmiş və yeni gömrük bəyənnaməsi tərtib edilmişdir. Qeyd olunan gömrük bəyənnaməsi müvafiq olaraq Mərkəzi Banka təqdim edilmişdir.
8. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə MARS-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Femsan” şirkətinə köçürdüyü 18000.00 ABŞ dollar məbləğin əvəzində xx.xx.2023-cü il tarixdə **********4054, **********4054, **********4054 nömrəli bəyannamələrlə bəyan edilmiş mallar ölkəyə daxil olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi
9. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
10. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə ünvanlanan gömrük bəyannaməsindən müəyyən edilir ki, Şəxs 18000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və xx.xx.2023-cü il tarixdə **********4054, **********4054, **********4054 nömrəli bəyannamələrlə bəyan edilmiş mallar ölkə ərazisinə daxil olmuşdur. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də müəyyən edilmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-nin 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
12. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
13. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
14. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
15. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
16. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
17. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
18. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
19. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova