Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3268/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, müdafiəçi “KREDO” Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-144/2021 nömrəli icra sənədində Şəxs xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 75000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat “Simfer İç ve Dış Ticaret Anonim” şirkətinin xeyrinə tutulması, Şəxs ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xeyrinə tutulması, Şəxs mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili ilkin satış qiyməti 67500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə Şəxs tutulmalı olan pul vəsaitinin ödənilməsinə yönəldilməsi qeyd edilmişdir. Şəxs məxsus mənzil 33000 ABŞ dolların satılaraq əldə edilmiş pul vəsaiti iddiaçıya verilmiş, Vüsalə Cəbrayılovanın 41294 ABŞ dolları borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən bu günə kimi tam icra etmədiyi üçün, tərəfindən sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(001)-144/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 75000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat “Simfer İç ve Dış Ticaret Anonim” şirkətinin xeyrinə tutulması, ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xeyrinə tutulması, onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili ilkin satış qiyməti 67500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə ondan tutulmalı olan pul vəsaitinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı ona məxsus mənzil hərracda satılmış, əldə olunmuş vəsait iddiaçıya verilmiş, lakin iddiaçıya 41294 ABŞ dolları borcu qalmışdır. Onun himayəsində iki azyaşlı uşağı vardır. Daimi iş yeri və gəliri olmadığı üçün qalan borcunu ödəməkdə çətinlik çəkir. O, məhkəmə qətnaməsinin icrasından boyun qaçırmadığını, işləyib borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi “KREDO” Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasından boyun qaçırtmır. Şəxs hal-hazırda maddi imkanı aşağı olduğu üçün borcunu tam olaraq ödəmək imkanı yoxdur, lakin işləyib borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-144/2021 nömrəli icra sənədində əsasən Şəxs xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 75000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat “Simfer İç ve Dış Ticaret Anonim” şirkətinin xeyrinə tutulması, Şəxs ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xeyrinə tutulması, Şəxs mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Abay Kunanbayev küçəsi 3 saylı evin 113 saylı mənzili ilkin satış qiyməti 67500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə Şəxs tutulmalı olan pul vəsaitinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını məhkəmə iclasında toplanmış sübutlarla birlikdə əhatəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Lakin Şəxs tərəfindən sözügedən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Şəxs Binəqədi rayon icra şöbəsində yazdığı izahatda və məhkəmədə bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırtmır, himayəsində azyaşlı uşaqları olduğuna və hal-hazırda işsiz olduğuna görə borcunu tam ödəməkdə çətinlik çəkir, işləyib borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də, məhkəmə Şəxs nun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs nun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs nun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3268/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3268/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver