Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3274/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu, X6 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, X1, X4, Müdafiəçi- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X10 borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-10585/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 xeyrinə 31000 manat və ödədiyi 30 manat dövlət rüsumu tutulmalı, Bakı şəhəri 27 saylı Notariat Kontorunun xx.xx.2016-cı il tarixli icra qeydinə əsasən Şəxs 5500 manat pul tutularaq X7 ödənilməli, Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1428/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 28859,21 manat borc tutulmalı, həmin məbləğ, eləcə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(103)-157/2011 saylı qətnaməsi ilə K-1609 saylı kredit müqaviləsi üzrə qət olunmuş məbləğ (83887,17 manat), İ-1609 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 53a nömrəli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 36 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 85 nömrəli sıxlaşdırılmış mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməli, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-6943/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 25452 manat tutularaq "xxxx" ASC-yə ödənilməli və lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıq əvvəlki vəziyyətdə geri qaytarılmalı, tələbkar "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 93 %, yəni 28 manat borclu Şəxs tutularaq tələbkara ödənilməli, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001 )-1108/2011 saylı, xx.xx.2011 -ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə ******* manat, faiz üzrə 99920 manat, peniya üzrə 36000 manat və dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu, cəmi ******* manat tutulmalı, tutma banka girov qoyulmuş "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində olan 2,52 ha torpaq sahəsində yerləşən 1363,3 kv.m. ümumi, 221,6 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə, Şəxs mülkiyyətində olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 11,6925 ha torpaq sahəsinə, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 11,6926 ha torpaq sahəsinə, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 17,8769 ha torpaq sahəsinə, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 13,0232 ha torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahələri açıq hərracdan satılmalı, realizə edilmiş dəyərindən ******* manat məbləğində pul "xxxx" ASC-nə ödənilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalı, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-808/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 4 ədəd “ECOSTAR TB 300” markalı isitmə sistemi istifadəyə tam yararlı vəziyyətdə borclu Şəxs alınaraq tələbkar "xxxx" MMC-yə qaytarılmalıdır. Buna görə də, icra məmuru tələbin Şəxs tərəfindən icra sənədlərinin icra olunmamasına əsaslanaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar X9 bildirdi ki, Şəxs ona 31 000 manat borcu vardır, borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında çıxış edən tələbkar X11 bildirdi ki, Şəxs ona 5500 manat borcu vardır, borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - borclu Şəxs bildirdi ki, o, icra sənədlərinin icrasından yayınmır, ancaq icra sənədlərini tam icra edə bilmir, həmçinin bir neçə icra sənədi üzrə ipoteka predmetləri satılmış və həmin vəsaitdən borcun böyük bir hissəsi ödənilmişdir.Buna görə də, onun ailə və maddi vəziyyətini, nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X8 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs cra sənədlərinin icrasından yayınmır, ancaq icra sənədlərini tam icra edə bilmir, ailə və və maddi vəziyyətini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X12 protokolda göstərilənləri nəzərə alaraq təqdimatın təmin olunmasını və Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tələbkarları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən məlum olur ki, Şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-10585/2017 saylı, xx.xx.2017-ci il, Bakı şəhəri 27 saylı Notariat Kontorunun xx.xx.2016-ci il tarixli, Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)- 1428/2012 saylı, xx.xx.2012-ci il , Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 6943/2013 saylı, xx.xx.2013-cü Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 1108/2011 saylı, xx.xx.2011-ci il Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 808/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədlərinin verilməsindən artıq xeyli vaxt keçdiyindən və bu müddət ərzində icra sənədlərini üzürsüz səbəbdən tam icra olunmadığından və icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs şəxsiyyəti, ailə və maddi vəziyyətinin ağır olmasını, təqsirini etiraf etməsi və icra sənədlərinin bir qismi üzrə borcları qismən ödəməsini və yaşının 60 dan yuxarı olmasını nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat cərimə cəzası təyin olunsun. 3(001)-3274/2023 saylı inzibati işi üzrə müdafiəçi X8 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-9900 003611,m/hAZ37NAB Z ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN- **********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3274/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3274/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver