Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3278/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul xidmətinin 18 iyun 2023-cü il tarixli, TP ******* saylı X10 qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul xidmətinin 18 iyun 2023-cü il tarixli, TP ******* saylı X10 qərarın ləğv olunması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvan 1 ünvanında faktiki olaraq ailəsi və uşaqları ilə birlikdə yaşayır.Avtomobil idarə edir və sürücülük vəsiqəsi də vardır. Özü həmişə yol-hərəkəti qaydalarının qorunmasına və ona əməl olunmasına riayət edir. Belə ki, 18 iyun 2023-cü il tarixdə, saat 11: 35-radələrində mülkiyyətçi X3 məxsus, mülkiyyətində olan, etibarnamə əsasında qanuni əsaslarla idarə etdiyi TOYOTA markalı, RAV-4 HİBRİD MİNİK modelli, UNİVERSAL tipli, Boz metallik rəngli, 77EE340 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, üzü 20 yanvar dairəsi istiqamətindən Binəqədi istiqamətində hərəkətdə olduğu vaxt, yuxarı çıxanda yanacaq doldurma məntəqəsindən avtovağzal tərəfə gedəndə, düşəndən sonra sağ tərəfdə gizlin bir yerdə dayanan Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X8 idarə etdiyi avtomobili saxlamış və saxladıqdan sonra, ona qarşı kobudluq etməklə, onunla bağıra-bağıra danışmağa başlamışdır.O, həmin şəxsə onunla bu tonda və kobudluqla danışmaq səlahiyyətinin olmamasına, polis adına və paqonuna yaraşan hərəkətlər etməməsinə, nəzakətli davranmamasına dair etirazını bildirdikdə, o, bunun səbəbi kimi, guya, onun tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsini bildirdi.O, həmin şəxsə əvvəla, onun tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbini gördüyü və duyduğu anda dərhal avtomaşını yolun sağına çəkib dayandığını bildirmiş və daha sonra isə təhlükəsizlik kəməri taxdığı, yol hərəkəti qaydalarını hər hansı bir şəkildə pozmadığı, alkoqollu, narkotik və ya psixotrop maddənin təsiri altında sərxoşluq vəziyyətində olmadığı, ümumiyyətlə, hər hansı cür qayda pozuntusuna yol vermədiyi halda onu nə üçün saxlayıb vaxtını aldığını soruşub bunun səbəblərini öyrənməyə çalışdıqda, o daha da qəzəblənərək ona qarşı daha sərt davranışlar və kobudluqlar sərgiləməyə başlamışdır.Bundan sonra o ona xitabən təhqiramiz və ironik şəkildə bəlkə maşınında nəsə daşıyırsan, əsgər qaçırırsan və s. kimi böhtan, təhqiramz və hörmətsizliklərlə müşaiyət olunan cümlələr işlətmişdir.Həmin patrul xidməti əməkdaşı ona bildirmişdir ki, guya o, onun nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişdir.O, hər hansı bir qayda pozuntusuna yol vermədiyi halda, onun, bu lərəkətinin ona qarşı böyük hörmətsizlik, haqsızlıq və ədalətsizlik, həmçinin qanunsuzluq olduğunu bildırərək, belə bir qanunsuz hərəkətə yol verməməsini xahiş etmişdir.O, bir daha ona hər zaman qaydalara əməl etdiyini və heç bir inzibati xətaya yol vermədiyini desə də, o buna məhəl qoymamış və protokol tərtib edəcəyini bildirmişdir.O, ciddi şəkildə narazı olduğunu, ondan dediyi həmin protokolu yerində, elə yanındaca tərtib edərək, digər nüsxəsini də imza etdirməklə ona təqdim etməsini tələb etmişdir.O, isə onsuz da onun kifayət qədər xəta balının olduğunu, bu dəfə də onun tərtib edəcəyi protokolla ona 4 bal da "yükləyəcəyini” bildirərərk, daha sonra onu dinləməyib maşınına qaz verərək sürüb getmişdir.Daha sonra o, narahat olaraq, hüquqşünas dostu ilə danışaraq məsləhətləşmiş və Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinə şəxsən getməklə müraciət edərək müvafiq sənədləri, protokolu və qərarı götürməyə çalışdı.Bakı şəhər DYPİ-nin Yol patrul xidmətindən, ona, barəsində, xx.xx.2023-cü il tarixli, X10 İXP ******* saylı qondarma protokolunun tərtib edildiyini desələr də, tələb etməsinə baxmayaraq nə həmin protokolu, nə də həmin protokol əsasında tərtib edilmiş, X12 Haqqında müvafiq Qərarı ona verməmiş və bildirdirlər ki, belə bir Qərar hələ ki, yoxdur. Protokolu isə yalnız həmin protokolu tərtib etmiş polis əməkdaşından əldə edə bilər. Sonradan, bunu aydınlaşdırmaq üçün müvafiq internet portalına, yəni, asanpay.az saytına daxil olaraq müəyyənləşdirdi ki, həqiqətən də Yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən həmin əsasla, yəni, guya, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının onun tərəfindən nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - İXM-nin 327.3-cü maddəsi ilə qanunsuz olaraq 80 azn məbləğində cərimə olunmuş və həmin xəta 4 balla qiymətləndirilmişdir. Şikayət verən şəxs göstərmişdir ki, sözü gedən Protokolu hazırki vaxtadək Yol patrul xidməti inspektoru polis baş serjantı X6 məqsədli qanunsuz maneçilikləri üzündən nə qədər cəhd etsə də, əldə edə bilməmişdir. Lakin, sözü gedən həmin X12 Haqqqmda Qərarı müvafiq icra hakimiyyəti orqanına şəxsən gedərək tələb etməklə və götürməklə ondan şikayət etmək qərarına gəldi.Bu şəxs, yəni, Yol patrul xidməti inspektoru polis baş serjantı X8, özünün də ona dediyi kimi, hər vəchlə, bütün vasitələrlə onun hüquqlarını pozmuş və pozmaqda da davam etmişdir. Qanuni əsaslarla və rəsmi şəkildə bilavasitə onun özünün ona təqdim etməli olduğu sözü gedən Protokolu və Qərarı ona qəsdən verməmiş, sonradan onun tələb edərək götürməyinə də maneçilik törətmiş və beləliklə də məqsədli şəkildə onu əzab-əziyyətə salmış, süründürməçilik hərəkətlərinə məruz qoymuşdur. Beləliklə, bundan sonra məcbur qalıb, həm müvafiq Yol patrul xidmətinə, həm, yuxarı instansiya polis orqanlarına inspektor, polis baş serjantı X6 qanunsuz hərəkətləri ilə bağlı müvafiq müraciətlər edərək sözü gedən Protokolu və Qərarı tələb etmişdir. Nəhayət, 31 iyul 2023-cü il tarixdə axşam saat 17-radələrində şəxsən müvafiq Yol patrul xidmətinə gedərək həmin sözü gedən TP ******* saylı Qərarı əldə etmişdir. Lakin, Protokolu yenə də əldə edə bilməmişdir.Qərarı əldə edib onunla tanış olduqdan sonra ona məlum olmuşdur ki, guya, həmin Qərar da elə sözü gedən protokolla eyni tarixdə, yəni, xx.xx.2023- cü il tarixdə eyni şəxs, yəni, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmişdir.Birmənalı şəkildə və qətiyyətlə bildir ki, bu doğru deyildir.Həmin Protokol ümumiyyətlə mövcud olmayıb, olsaydı, Qərarla birlikdə tələb etdiyi zaman ona verilərdi.Bu Qərar isə yalnız onun müraciət və şikayətindən sonra tərtib edilərək ona təqdim edilmişdir.Buna görə də, hesab edir ki, barəsində şikayət etdiyi sözü gedən qanunsuz Protokol və Qərar ləğv edilməli, bunun əsasında ona hesablanmış həmin cərimə məbləği geri qaytarılmalı, 4 xəta balı silinməlidir. Odur ki, hazırki şikayətlə məhkəməyə müraciət etməklə bir daha aşağıda qeyd etdiyi əsaslara görə hesab edir ki, hər hansı bir inzibati xətaya, qeyd olunan inzibati xətaya isə ümumiyyətlə yol vermədiyi halda, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən onun barəsində qərəzli şəkildə və ya hər hansısa marağa görə yuxarıda qeyd etdiyim qanunsuz Protokol, bunun əsasında isə sözü gedən qanunsuz Qərar tərtib edilmişdir. Protokolu hazırki anadək görmədiyi üçün orada nə yazılmasından və ya uydurulmasında məlumatlı olmadığından, onun barəsində hazırki şikayətində heç bir şey qeyd edə bilmir.Hazırki şikayətinə əlavə edib məhkəməyə təqdim etdiyi sözü gedən qanunsuz Qərarla bağlı isə sadəcə qeyd etməyi zəruri hesab edir ki : təəssüf edir.Belə ki, Qərar yarımçıq yazılıb, savadsız yazılıb, tam tərtib edilməyib, anlaşılan deyil, İXM-nin 2 maddəsi (327.3, 327) qeyd edilsə də, 1 maddəsi tam qeyd edilməyib və həmin maddə ilə nədə və hansı qaydada tənbeh edilməyi tam və ya dəqiq qeyd edilməyib, xətanın baş verdiyi yer və xətanın mahiyyəti qeyd edilməyib. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 327.3-cü maddəsinə görə (Maddə 527.3. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması):Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. Maddənin də məzmunundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə müəyyən edilən tələbin pozulması inzibati məsuliyyətə səbəb olur.O, isə, yuxarıda da qeyd etdiyi kimi, həmin vaxt müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə müəyyən edilən tələbin pozulması ilə müşaiyət olunan inzibati xətaya yol verməmişdir. Hazırki şikayətlə tələb edir ki, onun tərəfindən, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə müəyyən edilən tələbin pozulması halını təsdiq edə biləcək görüntülər məhkəmə araşdırması zamanı məhkəməyə və mənə təqdim edilsin.Bu onun müstəsna hüququdur. Çünki, Azərbaycan Respublikasının İXM-nin 61.1 və 61.1,8-ci maddələrinə əsasən barəsində X10 iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altmdadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.2 və 100.4-cü maddələrində göstərilmişdir ki, protokol tərtib edilərkən, barəsində X10 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X10 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. X10 protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində X10 iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Protokol onu tərtib etmiş şəxs, barəsində X10 iş üzrə icraat aparılan fiziki şəxs və ya nüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X10 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılr. Şikayətçi bildirmişdir ki, sözü gedən “inzibati xəta” ilə bağlı yerində və ya ona məlum olan ümumiyyətlə hər hansı bir protokol tərtib edilməmiş və ya bu barədə qanunvericiliyin yuxarıda qeyd etdiyi normaları müvafıq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən kobud şəkildə pozulmuşdur.Onun yanında deyil, başqa bir yerdə tərtib edilən protokol, qanunsuz şəkildə tərtib edilərkən onun heç bir hüququ nəzərə alınmamış, ona hüquqları izah edilməmişdir.Həmin “protokof’u imza etməyi və ya bundan imtina etməyi barədə həmin protokolda heç bir qeyd-filan aparılmamışdır.Bu hal, həmin protokolun özünə nəzər saldıqda da açıq-aşkar bəlli olacaqdır (əgər mövcuddursa).Bu səbəbdən hesab edir ki, hazırkı qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cu maddəsinin tələblərinə cavab vermir, qeyri-müəyyən və natamam bir sənəd olmaqla özü-özlüyündə etibarsızdır. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.6-cı maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana 1 vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş 18 iyun 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi, həmin qərar əsasında cərimə edildiyi 80 (səksən) manat pul məbləğinin və 4 (dörd) xəta balının silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçiyə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə X10 işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində X10 iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X10 iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul xidmətinin 18 iyun 2023-cü il tarixli, TP ******* saylı X10 qərarına əsasən məlum olur ki, X7 yol hərəkəti haqqında qaydaları pozduğuna görə onun barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə protokol tərtib edilmişdir.Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir.Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul xidmətinin 18 iyun 2023-cü il tarixli, TP ******* saylı X10 qərarın ləğv olunması barədə şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul xidmətinin 18 iyun 2023-cü il tarixli, TP ******* saylı X10 qərarın ləğv olunması barədə şikayəti rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3278/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3278/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver