Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3280/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, vətəndaş X8 DİN-in 102 xidmətinə və Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətində su motoru və hidrofon oğurlandığını bildirmişdir. Onun müraciəti əsasında Binəqədi RPİ-nin 43-cü Polis Bölməsində araşdırma aparılmış, 29 iyul 2022-ci il tarixli qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxsin müəyyən edilərək İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşı kimi ona göndərilmişdir. xx.xx.2022-ci il tarixdə vətəndaş X1 RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək evinin qarşısında olan plastik qapının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Onun müraciəti əsasında toplanmış material üzrə xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxsin müəyyən edilərək İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə sahə inspektoruna həvalə edilmişdir.25 oktyabr 2022-ci il tarixdə vətəndaş X9 evinin həyətində olan toyuq hinindən 7 ədəd toyuğun oğurlanması barədə ərizə ilə Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət etmişdir. Onun müraciəti əsasında xx.xx.2022-ci il tarixli qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törədən naməlum şəxs gələcəkdə müəyyən edildikdə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar bölmənin aidiyyəti əməkdaşı kimi ona həvalə edilmişdir. Bu səbəblə, Şəxs 25 oktyabr 2022-ci il tarixdə İXM-in 227-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə inzibati qaydada tutulmuşdur və sonuncunun izahatı alınan zaman o, törətdiyi əməli etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Buna görə də, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olduğunu bildirmişdir. Həmçinin, izahat verərək bildirmişdir ki, onun daimi yaşayış yeri yoxdur, küçələrdə yaşayır. Müxtəlif evlərin həyətindən su matoru, toyuq, banka oğurlayıb satmaqla məşğuldur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməl nəticəsində müxtəlif şəxslərin evinə daxil olaraq onlara müxtəlif məbləğlərdə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyan məbləğindən bu günədək heç bir ödəniş etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X3 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru İlkin Şahverdiyev tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X5 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru İlkin Şahverdiyev tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli, AZA 017182 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, AZA 007950 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üzərində olan əşyaları yoxlama zamanı üzərində heç bir əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs X3 Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs ona 125 manat ziyan vurmuş və bu günədək sözügedən məbləği ödəməmişdir. Hazırda Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X6 Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs ona 80 manat ziyan vurmuş və bu günədək sözügedən məbləği ödəməmişdir. Hazırda Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X4 Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs ona 60-70 manat ziyan vurmuş və bu günədək sözügedən məbləği ödəməmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin ərizələri, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3280/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3280/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver