Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3284/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun, Zərər çəkmiş şəxs X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru Şakir Bahadırov izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi zərərin əvəzi olaraq 1915 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə və tələbkar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı müştərək qaydada tələbkarın xeyrinə ödənilməsi, həmin Məhkəmənin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs müştərək qaydada 75 manat AR ƏN MEM-nin xeyrinə tutulması, həmin Məhkəmənin 2(001 )-6892/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 7293,09 manat "xxxx" ASC-nin xeyrinə tutulması, həmin Məhkəmənin 2(001)-7749/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs cəmi 1700 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi, həmin Məhkəmənin 2(001)-4822/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs müştərək qaydada cəmi 1049 manat pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi, həmin Məhkəmənin 2(001)-6752/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs "xxxx" ASC-nin xeyrinə ödəniş günü AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə cəmi 536,68 ABŞ dolları və 25 manat ödənilmiş dövlət rüsumu tutulması, həmin Məhkəmənin 2(001)-6928/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ümumilikdə 6016,03 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin BDYPİ-də qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 37,6 manatı tutularaq tələbkar “Nikoyl” İKB-nə ödənilməli, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdeh Şəxs məxsus “VAZ 21154” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılması yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək iddia tələbi həcmində tələbkarın xeyrinə tutulması, həmin Məhkəmənin 2(001)- 7712/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 2682 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbkar X2 xeyrinə tutulması qeyd olunmuşdur. Həmin icra sənədləri üzrə borc məbləği ümumilikdə 20349,42 manat və 536 ABŞ dolları təşkil edir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədinin icrasından yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan maddi zərərin əvəzi olaraq 1915 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə və tələbkar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı müştərək qaydada tələbkarın xeyrinə ödənilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan müştərək qaydada 75 manat AR ƏN MEM-nin xeyrinə tutulması, Binəqədi Rayon Məhkəməsinin 2(001 )-6892/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 7293,09 manat "xxxx" ASC-nin xeyrinə tutulması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7749/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ondan cəmi 1700 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4822/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən ondan müştərək qaydada cəmi 1049 manat pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6752/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə ödəniş günü AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə cəmi 536,68 ABŞ dolları və 25 manat ödənilmiş dövlət rüsumu tutulması, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6928/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ondan ümumilikdə 6016,03 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin BDYPİ-də qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 37,6 manatı tutularaq tələbkar “Nikoyl” İKB-nə ödənilməsi, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş, ona məxsus “VAZ 21154” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılması yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək iddia tələbi həcmində tələbkarın xeyrinə tutulması, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7712/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ondan 2682 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbkar X2 xeyrinə tutulması qeyd olunmuşdur. Qeyd olunan icra vərəqələri üzrə borcların yaranmasına səbəb yol nəqliyyat hadisəsi keçirməsi, uzun müddət işləməməsi və atasının onkoloji xəstə olması səbəbindən müalicələrə xeyli vəsait ayırması olmuşdur. Həmin icra vərəqələrindən Binəqədi Rayon Məhkəməsinin 2(001)-6752/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icra olunmuş, lakin müvafiq sənədi hazırda məhkəmə təqdim edə bilmir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7749/2021 saylı, xx.xx.2021-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4822/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədləri ilə bağlı müvafiq olaraq tələbkarlar "xxxx" MMC və "xxxx" MMC ilə razılığa gələrək ödənişin həyata keçirilməsi üçün qrafiklər açılmışdır. O, yaranmış borclarını hissə-hissə ödəyə bilər. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi zərərin əvəzi olaraq 1915 manat məbləğində pul tutularaq onun xeyrinə və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı müştərək qaydada onun xeyrinə ödənilməsi qət olunmuşdur. Borclu Şəxs yaranmış borcunu ödəməkdən 3 ildir ki, boyun qaçırır. Dəfələrlə ona borcu ödəmək barədə bildirilsə də, o bu günə qədər borcundan heç nə ödəməmişdir. Ona görə də, o, borclunun inzibati qaydada cəzalandırılmasını xahiş etmişdir. 26 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4822/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs müştərək qaydada cəmi 1049 manat pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Borclu Şəxs yaranmış borcunu hissə-hissə ödəməyə razılıq verdiyi üçün sonuncuya qarşı şikayətləri yoxdur. O, Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs uzun müddət işləməməsini, eyni zamanda yaranmış borcu hissə-hissə ödəmək imkanının olması nəzərə alınaraq sonuncunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs məhkəmə qətnamələri üzrə ümumilikdə 20349,42 manat və 536 ABŞ dolları borcu ödəməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi zərərin əvəzi olaraq 1915 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə və tələbkar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı müştərək qaydada tələbkarın xeyrinə ödənilməsi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli qərarın surətindən, xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmış, sonuncuya borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs müştərək qaydada 75 manat AR ƏN MEM-nin xeyrinə tutulması qət olunmuşdur. xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6892/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 7293,09 manat "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7749/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs cəmi 1700 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4822/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs müştərək qaydada cəmi 1049 manat pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6752/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə ödəniş günü AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə cəmi 536,68 ABŞ dolları və 25 manat ödənilmiş dövlət rüsumu tutulması qət olunmuşdur. xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2014-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6928/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 6016,03 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin BDYPİdə qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 37,6 manatı tutularaq tələbkar “Nikoyl” İKB-nə ödənilməsi, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş, ona məxsus “VAZ 21154” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılması yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək iddia tələbi həcmində tələbkarın xeyrinə tutulması qət olunmuşdur. xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7712/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 2682 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tələbkar X2 xeyrinə tutulması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində olan Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(001)-1205/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(001)-6892/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)- 7749/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-4822/2012 saylı, xx.xx.2012-ci il tarixli, 2(001 )-6752/2013 saylı, xx.xx.2013-cü il tarixli, 2(001)-6928/2015 saylı, xx.xx.2015-ci və 2(001)-7712/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra işləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin borclu Şəxs ilə hissəhissə ödəmək barədə razılıq əldə olunduğundan sonuncuya qarşı şikayəti yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarların əmlak mənafelərini və icra sənədlərinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3284/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3284/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver