Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3284/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, qərardan şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini X13 tərəfindən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Həmin qərar rəsmi olaraq bugünədək təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən mübahisələndirilən qərar təqdim edilmişdir. Bildirir ki, X5 xəbəri və məlumatı olmadan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında da mübahisələndirilən qərar qəbul edilmişdir. Mübahisələndirlən qərar əsasında müəyyən olunmuşdur ki, guya X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-cü maddəsinin tələblərini pozaraq vətəndaş X8 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "sürücü" işinə cəlb edilmiş, eyni zamanda işəgötürənlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2 "a" bəndi ilə xitam verilməsinə baxmayaraq son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənilmişdir. İlk növbədə bildiririk ki, protokol və qərar düzgün tərtib olunmamış və X10 tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X14 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini əsas götürərək hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-2186/2024 saylı xx.xx.2024- cü il tarixli qərarı ilə İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 919/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlar əsasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan məhkəmə qərarlarıda bir daha təsdiq edir ki, Adıgözəlǝv Tural Akif oğlu barəsində tərtib olunmuş qərar qanunsuzdur və xitam olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmunun uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini X13 tərəfindən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Həmin qərar rəsmi olaraq bugünədək təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən mübahisələndirilən qərar təqdim edilmişdir. Bildirir ki, X5 xəbəri və məlumatı olmadan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında da mübahisələndirilən qərar qəbul edilmişdir. Mübahisələndirlən qərar əsasında müəyyən olunmuşdur ki, guya X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-cü maddəsinin tələblərini pozaraq vətəndaş X8 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMCdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "sürücü" işinə cəlb edilmiş, eyni zamanda işəgötürənlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2 "a" bəndi ilə xitam verilməsinə baxmayaraq son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənilmişdir. İlk növbədə bildiririk ki, protokol və qərar düzgün tərtib olunmamış və X10 tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X14 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini əsas götürərək hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-2186/2024 saylı xx.xx.2024- cü il tarixli qərarı ilə İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 13 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-919/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlar əsasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan məhkəmə qərarlarıda bir daha təsdiq edir ki, Adıgözəlǝv Tural Akif oğlu barəsində tərtib olunmuş qərar qanunsuzdur və xitam olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən hesab edirik ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X11 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən tələbin könüllü icrası haqqında bildiriş daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə icra məmuru mobil telefon vasitəsilə əlaqə saxlamış və o, daha sonra icra şöbəsinə gedərək inzibati tənbeh vermə haqqında qərarı əldə etmişdir, yəni sözügedən qərar X12 tərəfindən rəsmi qaydada, poşt vasitəsilə göndərilməmişdir. Məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermənin prosessual müddəti ötürülmüşdür. Həmin inzibati xəta haqqında iş üzrə sənədlər rəsmi qaydada məhkəməyə təqdim olunmuşdur. mailto:zeris3392504@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından xx.xx.2024-cü tarixdə saat 03:15-də X12 Xidmətinin mailto:demx@sosial.gov.azElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş müraciətdə vətəndaş X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini bildirməmiş, əmək haqqının düzgün rəsmiləşdirilməməsindən şikayətlənmişdir. Bununla bağlı, həmin müraciət əsasında araşdırma aparılmış və rəsmi cavab məktubunda göstərilmişdir ki, vətəndaş X8 həqiqətən də "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. Lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 ilə işəgötürən "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil olmuş, Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əmrdə isə işçinin iş dövrü olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr götürülmüşdür. İnzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-yə rəsmi məlumat göndərilmişdir. Məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X21” MMC (icarəyəverən) ilə "xxxx" (icarəyəgötürən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/K020 saylı Nəqliyyat vasitələrinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla mülkiyyətində olan avtonəqliyyat və mexaniki nəqliyyat vasitələrini 01 iyul 2023-cü il tarixdən etibarən icarəyə verir, icarəyəgötürən isə qeyd olunan nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 İXM-in 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və 4000 manat məbləğində cərimə olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2186/2024 saylı qərarından görünür ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-919/2024 saylı qərarından görünür ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, vətəndaş X4 21 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək işə cəlb edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamış, X4 həmin tarixlərdə sürücü xidməti işinin yerinə yetirilməsinə cəlb edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən şəxsin təqsirli olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün kifayət qədər əsas mövcuddur. Ona görə də, məhkəmə X10 tərəfindən verilmiş şikayətin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3284/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3284/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver