Məhkəmə qərarları › İş №3(001)-3284/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3284/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3284/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi ilə, https://cms.justice.loc/Cases/Default.aspx?cas eId=3397216Şəxs, AZ1116,Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi, ev 311d, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş leytenantı X3 tərəfindən hüquqi şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3397216Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3397216Şəxs (VÖEN: **********) ünvanına göndərilmiş “qan qruplarının təyini üçün qana qarışdırılan aktiv” yükü Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********9647 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, **********9647 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar SR011VN nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 21:34-də gətirilmiş, lakin mallara dair **********4878 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 21:02-də gömrük orqanına təqdim edilmişdir. Beləliklə, qısa idxal bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmiş hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahatında bildirmişdir ki, sənədlər onlara gec göndərildiyi üçün qısa idxal bəyannaməsini ən geci 1 saat əvvəldən gömrük orqanına təqdim edə bilməmişlər. Həmçinin nümayəndə protokolda qeyd edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gömrük sistemində yaranan texniki problemlər səbəbindən qısa idxal bəyannaməsi verilməsi malların ölkə ərazisinə daxil olduqdan sonra verilməsi mümkün olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Şəxs MMC və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokola nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gömrük bəyannaməsinin elektron çıxarışından görünür ki, Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, **********9647 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar SR011VN nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 21:34-də gətirilmiş, lakin mallara dair **********4878 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 21:02-də gömrük orqanına təqdim edilmişdir. Beləliklə, qısa idxal bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmiş hesab olunur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə müxtəlif şirkətlər tərəfindən elektron formada gömrük orqanlarına qısa idxal bəyananməsi təqdim edilmişdir, həmçinin sistemdə texniki problemlər aşkar edildikdə Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə ərazi gömrük baş idarələri və idarələrinə nəzərə alınması üçün rəsmi məlumat daxil olur, lakin xx.xx.2024-cü il tarixdə baş vermiş texniki problemlə bağlı Bakı Baş Gömrük İdarəsinə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi qısa idxal bəyannaməsini gec təqdim etməyi gömrük sistemində yaranmış texniki nasazlıqla izah etməyə çalışsa da, araşdırma zamanı həmin tarixdə gömrük sistemində texniki nasazlığın olmadığı, habelə digər hüquqi şəxslərin eyni sistem vasitəsilə bəyannamə təqdim etdiyi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, gömrük sistemində texniki problem olmamış, sadəcə məsul hüquqi şəxs və ya onun vəzifəli şəxsləri tərəfindən öz üzərlərinə düşən texniki və hüquqi vəzifələr vaxtında icra olunmamışdır. Belə olan halda da, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar