Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3285/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Maralgöl ev 352. VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 23 may 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 2024-cü ilin (aylıq) 4-əmək, işçilərin sayı, hərəkəri və əmək haqqı fondu haqqında hesabatı aprel ayı üzrə may ayının 15-dək təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış hüquqi şəxs Şəxs MMC və Bakı şəhər Statistika İdarəsi nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola hüquqi şəxs Şəxs MMC-in və Bakı şəhər Statistika İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında reyestrdən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Maralgöl ev 352-dir. VÖEN **********. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 23 noyabr 2000-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 30 noyabr 2000-ci ildə qeydiyyatdan keçirilmiş “Azərbaycan Respublikasında statistik məlumatların verilməsi qaydaları haqqında” Əsasnamənin - 4-cü bəndinə əsasən məxfi saxlanılmaqla kommersiya sirrini özündə əks etdirən məlumatlar da daxil olmaqla, statistik məlumatlar dövlət statistika orqanlarına və statistik müşahidə blanklarında nəzərdə tutulmuş digər ünvanlara müəyyən olunmuş qaydada və vaxtda haqqı ödənilmədən təqdim edilir. 6-cı bəndinə əsasən müəssisələr, idarələr, təşkilatlar, birliklər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün dövlət statistika hesabatının təqdim edilməsi tarixi onun aidiyyəti üzrə faktiki verildiyi gün və ya rabitə müəssisəsinin ştempelində göstərilmiş göndərmə tarixi hesab edilir. 7-ci bəndinə əsasən bir sutkaya qədər davam edən gecikmə dövlət statistika hesabatının təqdim edilməsi müddətinin pozulması, bir sutkadan çox davam edən gecikmə isə onun təqdim edilməməsi sayılır. 9-cu bəndinə əsasən statistik məlumatı imzalayan rəhbər və digər vəzifəli şəxslər, habelə fiziki şəxslər statistika müşahidələrinin, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməməyə görə, yaxud vaxtında təqdim etməməyə və ya həmin məlumatları təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC 2024-cü ilin (aylıq) 4-əmək, işçilərin sayı, hərəkəri və əmək haqqı fondu haqqında hesabatı aprel ayı üzrə may ayının 15-dək təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3285/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3285/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver