Məhkəmə qərarları › İş №3(001)-3290/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3290/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3290/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X7, zərərçəkmiş şəxslər X11, X8, X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, At Yalı, Sovxoz evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN 1635105, xx.xx.2022-ci il tarixli, MN 1635104, xx.xx.2022-ci il tarixli, MN 1609449, xx.xx.2022-ci il tarixli, MN ******* və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X10 izahat verərək bildirmişdir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında araşdrıma aparılmışdır. Belə ki, X4 rayonu ərazisində yerləşən ona məxsus yarıtikili həyətin zirzəmisindən 100 manat məbləğində taxta və 3 kq mismarın oğurlanması barədə şöbəyə müraciət etmişdir. Bundan başqa, X5 rayonu ərazisində nömrəsini xatırlamadığı avtomobilin üzərindən 100 manat dəyərində olan Samsung A10 markalı mobil telefonun oğurlanması barədə şöbəyə müraciət etmişdir. Bundan başqa, X2 rayonu ərazisində yerləşən şirniyyat sexindən 100 manat məbləğində pulun sexin içərisində olan vitrindəki qutudan oğurlanması barədə şöbəyə müraciət etmişdir. Bundan başqa, X1 rayonu ərazisində saxladığı Mercedes markalı avtomobilə məxsus 100 manat dəyərində olan iki ədəd yan güzgünün oğurlanması barədə şöbəyə müraciət etmişdir. Bundan başqa, X3 rayonu Aydınbəyov küçəsi 40 ünvanında yerləşən həyətindən 80 manat dəyərində olan su nasosunun oğurlanması barədə şöbəyə müraciət etmişdir. Müraciətlər əsasında aparılmış araşdırma nəticəsində həmin hadisələrin Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmış və sonuncu şöbədə izahatı alınan zaman törətdiyi əməlləri etiraf etmişdir. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir və zərərçəkmiş şəxslər ondan şikayətçidirlər. Tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olduğunu, oğurladığı pulu və digər əşyaları ehtiyacsızlıqdan oğurladığını, əşyaları satıb pul əldə edərək öz şəxsi ehtiyacları üçün xərclədiyini, vurduğu maddi ziyanı ödəməyə imkanının olmadığını qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 rayonu, Ordubadi küçəsində yerləşən ona məxsus yarıtikili evin həyətindəki zirzəmidən Şəxs tərəfindən 100 manat məbləğində taxta və 3 kq mismarın oğurlanmasını, hazırda ona vurulmuş maddi ziyanın ödənilməməsini, sonuncudan şikayətçi olmasını qeyd edib məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən işlətdiyi şirniyyat sexindən Şəxs içərisində 100 manat xırda pul olan vitrindəki qutunu oğurlamasını, hazırda ona vurulmuş maddi ziyanın ödənilməməsini, sonuncudan şikayətçi olmasını qeyd edib məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 rayonu, Azadlıq prospektində saxladığı Mercedes markalı avtomobilə məxsus 100 manat dəyərində olan iki ədəd yan güzgünün Şəxs tərəfindən oğurlamasını, hazırda ona vurulmuş maddi ziyanın ödənilməməsini, sonuncudan şikayətçi olmasını qeyd edib məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz etriaf edici izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə olunmamasını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar