Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3290/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X14 idarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, 17 yanvar 2025-ci il tarixində saat 08:50 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “HYUNDAİ Elantra” markalı, **-OK-*** dövlət nişanlı minik avtomobillə yolun sağ istiqamətində hərəkətdə olduğu zaman “X13” markalı, **-TT-*** dövlət nömrə nişanlı minik maşını onun avtomobilini sol tərəfdən sürtmüşdür. O, maşını saxlamış, YPX əməkdaşları hadisə yerinə gələrək, onun sənədlərini almış və 18 yanvarda Bakı şəhər Baş DYP-yə yaxınlaşmağını tələb etmişlər. İdarədə günahın onda olduğunu bildirmişlər. O, bununla razılaşmayıb protokol tələb etmişdir. Bakı şəhər DYP-nin Yol-Patrul xidmətinin baş inspektoru polis baş leytenantı X6 protokol barədə SMS-in mobil telefonuna gələcəyini bildirişdir. xx.xx.2025-ci il tarixdə saat 10:28-də mobil telefonuna 40 manat cərimə olunmağı barədə sms gəlmiş, xx.xx.2025-ci il tarixdə protokolun surəti ona təqdim olunmuşdur. Bakı şəhər DYP-nin Yol-Patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərəfindən barəsində İXP ******* nömrəli protokol və həmin protokolun əsasında inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarətlərinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqaməti hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X9” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də inspektor etirazla razılaşmamış və barəsində heç bir əsaslandırma heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X9” Qanunun tələblərini pozmaqla 40 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. O, bununla bağlı razılaşmayıb Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. xx.xx.2025-ci il tarixində məhkəmənin qərarı əsasında 40 manat cəriməyə xitam verilmiş və TP ******* qərarı ləğv edib məsələyə yenidən obyektiv baxılması barədə qərar verilmişdir. O, məhkəmənin qərarını Bakı şəhər Baş DYP idarəsinin kitabxanasına təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə məni Bakı şəhər Baş DYP idarəsinə dəvət etmişlər. DYP Polis X1 ondan qısa izahat almış, o, açıqlama verib günahın onda olmadığını izah etmiş və qəza olduğu yerdə üç dənə kamera olduğunu demiş, görüntülərə əsasən obyektiv qərar verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə o, yenidən DYP idarəsinə müraciət etdikdə ona yeni TP ******* nömrəli qərar təqdim olunmuşdur. O, yenidən həmin qərarla razılaşmayıb Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikyətinə məhkəmədə baxılmış və videogrüntülər tələb edilmişdir. Lakin yol polisi tərəfindən qısa video təqdim edilmişdir. Həmin görüntülərdə qəza anı qeydə alınmamışdır. Görünən kadrlarda göründüyü kimi, o, öz zolağından kənara çıxmamışdır. Lakin ona zərər vuran avtomobil onun zolağına qoşulan zaman kadr kəsilmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, baş vermiş hadisə ilə bağlı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan iki dəfə məhkəməyə şikayət vermişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərarlarla Bakı şəhər Baş Polis idarəsi X14 idarəsi tərəfindən qəbul edilmiş qərarlar ləğv edilmiş və yenidən araşdırma aparılması üçün həmin idarəyə göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis idarəsi X14 idarəsində yenidən eyni nəticəyə gəlinmiş, heç bir təqsiri olmadığı halda barəsində yenidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. Barəsində qəbul edilmiş qərar tam əsassızdır. Belə ki, o, zolağı ilə düzünə hərəkət edərkən ondan sol tərəfdə hərəkət edən “X13” markalı avtomobil onun hərəkət etdiyi zolağa çıxmış və hadisə baş vermişdir. Həmin avtomobilin sağ təkəri onun avtomobilin sol tərəfini sürtmüşdür. Hadisədən sonra həmin avtomobilin sürücüsü də təqsirin özündə olduğunu etiraf etmiş, ondan üzr istəmişdir. O, hadisə ilə bağlı Bakı şəhər Baş Polis idarəsi X14 idarəsinə gedib izahat verdikdən 6 gün sonra ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunması barədə SMS gəlmişdir. O, həmin qərardan şikayət versə də hər hansı araşdırma aparılmadan, ərazidə olan bütün kamera görüntüləri əldə edilmədən əsassız yerə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X14 idarəsinin nümayəndəsi X4 bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsini özündə əks video görüntülərlə müəyyən edilmişdir ki, şikayət vermiş şəxs idarə etdiyi avtomobillə düzünə deyil sola doğru hərəkət etməyə çalışmış və həmin zaman ondan solda hərəkət edən digər nəqliyyat vasitəsilə toqquşmuşdur. Hadisədən sonra sürücü Rauf Əliyev sola doğru deyil, düzünə hərəkət edərkən hadisənin baş verdiyini bildirmişdir. X7 tərəfindən törədilmiş hadisə öz təsdiqini tapdığına görə barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, sürücü X7 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 3(001)- 687/2025 nömrəli qərarından görünür ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3(001)- 2015/2025 nömrəli qərarından görünür ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 08:50-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 idarə etdiyi avomobillə yolun sağ zolağı ilə hərəkət edib avtomobillə sol zolağa doğru manevr etdiyi zaman yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə anında sağ zolaqda Rauf Əliyevin idarə etdiyi avtomobillə düzünə istiqamətdə hərəkət etməsi üçün kifayət qədər məsafə olmuşdur. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X3 Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “X9” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 43-cü maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin qanunun 43-cü maddəsinin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X9” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 08:50-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən əsaslı olaraq xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş video görüntülərdə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3290/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3290/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver