Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3292/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətdən görünür ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar X5 barəsində İXM-in 327.1, 332.4 və 469.3-cü maddələri ilə çıxarılmışdır. Belə olan halda aydın olur ki, şikayət verən X2 barəsində qərar çıxarılmış fiziki şəxs deyil. Onun zərər çəkmiş şəxs qismində sözügedən qərardan şikayət verməsinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, hadisə nəticəsində zərər dəymiş “Porsche Cayenne” minik markalı avtomobilin mülkiyyətçisi X3r. Belə olan halda aydın olur ki, sözügedən qərardan zərər çəkmiş şəxs qismində X4 şikayət verə bilər. Bundan başqa şikayətdə şikayətçidən tələbi də aydın göstərilməmişdir. Belə ki, şikayət verən X2 tələbini “X5 barəsində İXM-in tələblərinin ləğv edilməsi..” kimi ifadə etmişdir. Halbuki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs qərarın ləğv edilməsini və ya dəyişdirilməsini tələb etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3292/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3292/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver