Məhkəmə qərarları › İş №3(001)-3293/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3293/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3293/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin satış müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis mayoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə sayrışan işıqlar quraşdrılaraq, həmin avtomobilin videosu “Tik-Tok” adlı sosial şəbəkədə paylaşılmışdır. İdarə tərəfindən parılmış araşdırma zamanı qeyd ounan avtomobilin Şəxs məxsus olması və videonun onun yaşadığı evin həyətində çəkilməsi müəyyən edilmişdir. Bununla bağlı Şəxs idarəyə çağırılaraq izahatı alınmış və avtomobilin ona məxsus olduğunu, sayrışan işıqları isə uşağının avtomobilə quraşdıraraq sosial şəbəkədə videosunu paylaşdığını bildirmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında icraat başlanılaraq, tərəfindən sonuncu barəsində İXM-in 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə yol patrul xidməti əməkdaşları tərəfindən idarə etdiyi “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və ona avtomobilinin cərimə meydançasına yerləşdirilməli olması bildirilmişdir. O isə buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. Polis idarəsində hansı səbəbdən avtomobilin aparılması ona məlum olmuşdur. Belə ki, uşağı tərəfindən sayrışa işıq cihazı onun avtomobilinə quraşdırılmış və video çəkilərək həmin görüntülər “Tik-Tok” adlı sosial şəbəkəyə yerləşdirilmişdir. Bundan sonra işıq cihazını polisə təqdim etmişdir. Həmin işıq cihazı uşağına məxsus velosipedin cihazı olmuş və avtomobili işıq cihazları qoşulu vəziyyətdə idarə olunmamışdır. Ona görə də, əməlində İXM-in 342.9-cu maddəsinin tərkibi olmadığındna barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olmuş bir ədəd sayrışan işıq cihazı həmin tarixdə götürülərək Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Diskə baxış keçirilərkən “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sayrışan işıq cihazının quraşdırılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş diksə baxış keçirilən zaman “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sayrışan işıq cihazının quraşdırılması müəyyən edilmişdir. Həmçinin Şəxs əməlində inzibati xəta tərkibinin olmaması, avtomobilə işıq cihazını uşağının quraşdırması, avtomobilin işıq cihazı qoşulu vəziyyətdə olan zaman hərkətsiz olması ilə bağlı göstərdiyi xüsusatlara dair qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 342.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, elektron daşıyıcıda əksini tapan sözügedən qayda pozuntusunun görüntüləri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 342.9-cu maddəsi ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməklə tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan “Chery Tiggo 7 PRO” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış 1 (bir) ədəd sayrışan işıq cihazı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar