Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3293/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7ci PB-nin sahə inspektoru, polis kapitanı X5, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklar ilə, xx xxxx 1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X18” MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X8 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X8 izahat verərək bildirmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs birgə yaşadığı bibisi X7 ilə mübahisə etdiyi zaman onu baş və sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin şəxslər bir evdə yaşayır və münaqişəli ailə kimi qeydiyyatdadır. Müraciətlə bağlı Binəqədi RPİ-nin 7-ci PB-də araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, ailəsi ilə birlikdə bibisi X7 ilə yaşayır. Aralarında ev mübahisəsi olmuşdur. Buna görə də münasibətləri yaxşı deyildir. Lakin bibisi X6 döymədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, Şəxs onun qardaşının oğludur. Bir evdə yaşasalar da, münasibətləri pisdir. Şəxs onu dəfələrlə döymüş, ona qarşı qıcıqlandırıcı və təhqiredici hərəkətlər etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 aprel 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.3025-ci il tarixdə saat 10:19 radələrində ünvan 2 ünvanında yaşayan vətəndaş X10 DİN-nin 102 xidmətinə zəng edərək bacısı Xoşbəx Məmmədovanın qardaşı oğlu Xanəli tərəfindən döyüldüyünü bildirmişdir. 01 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış HK-1/381 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş və hadisəni törətmiş şəxs Şəxs barəsində inzibati araşdırmaq aparılması üçün Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X15-Təcrübi və X12 rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 41 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər, sağ əlin V barmağının qançırı bərk küt əşyanın təsirindən əmələ gəlməsi qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 xx.xx.2024-cü il tarixli Əlillik haqqında arayışdan görünür ki, X7 ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 mart 2025-ci il tarixdə ünvan 3 ünvanında bibisi X6 döyərək xəsarət yetirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının izahatları, inzibati xəta haqqında protokol, ekspert rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 13.1.1-ci maddəsinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması,məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsidir. Gender identikliyi görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi digər hüquqi sənədlərdən, ilk növbədə İnsan hüquqları haqqında Avropa Konvensiyasından (14-cü maddə: Ayrı-seçkiliyin qadağan olunması; 12 saylı Protokol) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan (misal üçün bax: Oliari İtaliyaya qarşı, 2015-ci il tarixli qərar; Ratsenbök və Zaydl Avstriyaya qarşı, 2017-ci il tarixli qərar) habelə Seksual oriyentasiya və ya gender identikliyi əlamətlərinə görə ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri haqqında Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2010)5 saylı tövsiyəsindən irəli gələn hüquqi öhdəliklərə əsaslanır. Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığına cavab verməkdə səmərəsiz dövlət tədbirləri ilə bağlı nümunədə, bu qeyd dolunan inanc (fikir), Türkiyədə qadınların qanun qarşısında bərabər qorunmasını necə inkar edə biləcəyini göstərir. (ECTHR, Opuz Türkiyəyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 iyun 2009-cu il tarixli hökm, paraqraf 185-191.) “Şəxsi və ya ailə məsələsinə” müdaxilə etməmək üçün səlahiyyətli orqanlar,təsdiq edilmiş ciddi məişət zorakılığı nümunəsinə baxmayaraq, ərizəçinin ərinə qarşı müvafiq tədbirlər görməkdə uğursuz olmuşdur. (Ecthr, Opuz Türkiyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 İyun 2009, paraqraf 96). O, nəticədə, ərizəçinin anasını ərizəçiyə ailə evindən qaçmasına kömək edərkən öldürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsi aşkar etmişdir ki, ərizəçi prima facie iddiası nümayiş etdirir və məişət zorakılığı ilk növbədə qadınlara təsir edir və Türkiyədəki ümumi və ayrıseçkiliyə əsaslanan məhkəmə passivliyi məişət zorakılığına gətirib çıxaran şərait yaradır (ECTHR, Opuz Türkiyə yə qarşı iş, müraciət No 33401/02, 9 iyun 2009-cu il, Paraş. 198-201). Opuz- Türkiyəyə qarşı (2009) işində Məhkəmə, ərizəçi Nahide Opuz və ərizəçinin əri tərəfindən öldürülən anasının məruz qaldığı məişət zorakılığının “gender əsaslı zorakılıq olaraq qəbul edilə biləcəyini təsbit etmişdir ki, bu da qadınlara qarşı ayrıseçkilik formasıdır ”.10 Məhkəmə qeyd etmişdir ki: “[…] işlə bağlı iddia edilən ayrı-seçkilik özlüyündə qanunvericiliyə əsaslanmır, əksinə, qadınlar məişət zorakılığını bildirdikləri zaman yerli hakimiyyət orqanlarının, qadınlara polis bölmələrində necə davranıldığı kimi, ümumi münasibətindən və qurbanlara effektiv müdafiənin təmin edilməsində məhkəmənin passivliyindən qaynaqlanır.” (maddə 192) Məhkəmə daha sonra qərar verdi: “Türkiyədə bilərəkdən olmasa da, əsasən qadınlara təsir etsə də, ayrı-seçkiliyə əsaslanan və ümumi məhkəmə passivliyinin olması barədə öz çıxardığı nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi və onun anasının məruz qaldığı zorakılıq qadınlara qarşı ayrı-seçkilik forması olan gender əsaslı zorakılıq olaraq qəbul edilə bilər. Hökumət tərəfindən son illərdə aparılan islahatlara baxmayaraq, məhkəmə sisteminin ümumiyyətlə cavab verməməsi və təcavüzkarların cəzasız qalması, hazırkı işdə aşkarlandığı kimi, məişət zorakılığına qarşı müvafiq tədbirlər görmək üçün yetərli öhdəliyin olmadığını göstərmişdir [...].” (paraqraf 200) Bu aşkarlanan fakt, məişət zorakılığı qurbanının ölümü üzrə nəticəsi olmayan araşdırmalar aparılmış Durmaz Türkiyəyə qarşı işində təsdiqlənmişdir (Durmaz Türkiyəyə qarşı iş, 3621/07 nömrəsi, 13 noyabr 2014-cü il tarixli qərar, paraqraf. 65). Qadınlara qarşı zorakılığa dair məhkəmə hökmü ilə, MC-Bolqarıstan (2003) və Opuz-Türkiyəyə qarşı (2009) kimi mühüm işlər vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsi,belə bir prinsip inkişaf etdirdi ki, dövlətlər insan hüquqları pozuntularının qarşısını almaq məqsədilə tədbirlər görməlidirlər. Bu prinsip müəyyən etdi ki, bu hərəkətlərin dövlət tərəfindən və ya fərdi şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq, dövlət onların istintaqını aparmaq, mühakimə etmək və cəzalandırmaq öhdəliyinə malikdir. Bu anlayış lazımi səy göstərmə prinsipinin hazırlanmasına gətirib çıxardı. Bu prinsip ilk olaraq X və Y işində ifadə edilmişdir ki, buna əsasən də Məhkəmə qət etmişdir ki, pozitiv öhdəliklər yalnız dövlətlərin hüquqları pozmaqdan çəkinməsini tələb etmir, həm də şəxslərin hüquqlarının digər fərdi şəxslər tərəfindən pozulmamasını təmin etmək üçün təşəbbüskarlıq (fəal olma) vəzifəsini də tapşırıq kimi qarşıya qoya bilər (bənd 23). MC Bolqarıstana qarşı işində Məhkəmə təsbit etmişdir ki, 3-cü maddəyə və 8-ci maddəyə uyğun olaraq hüquqların qorunmasına dair öhdəliklər rəsmi araşdırmalar aparmaq və zorlamanın effektiv şəkildə cəzalandırılması ilə bağlı vəzifələri şərtləndirir (maddə 149-53). Maslova-Rusiyaya qarşı (2009) işində, Məhkəmə qət etdi ki, “Zorlamanın açıqca alçaldıcı xarakteri bu kontekstdə dövlətin prosedur öhdəliyini xüsusi vurğulayır” (bənd 91).Məhkəmə həmçinin qərar vermişdir ki, qadınlara qarşı çoxsaylı məişət zorakılığı hadisələrində də, milli səlahiyyətli qurumların belə zorakılığın qarşısını almaq üçün qoruyucu tədbirlər görmək üçün pozitiv öhdəlikləri vardır, belə ki, səlahiyyətli qurumlar “bilirdilər ki və ya bilməli idilər ki” Kontrova / Slovakiya (31 May 2007) və Hajduova /Slovakiya (30 Noyabr 2010) işlərində bir şəxsin həyatı və ya sağlamlığı üçün “real və birbaşa risk” mövcud olmuşdur. Potensial təcavüzkar tərəfindən təhdid hələ fiziki zorakılıq kimi reallaşmadıqda belə səlahiyyətli qurumlar müdaxilə etməli idi (Hacduova). Səlahiyyətli qurumlar, bəzən hətta qurbanın ifadə olunan istəklərinə (iradəsinə) qarşı, vəzifə səlahiyyətindən istifadə edərək tədbir görə bilərlər (Hajduova). Bəzi hallarda müvəqqəti təcili mühafizə tədbirləri alına bilər (Bevacqua və S. Bolqarıstana qarşı, 12 İyun 2008). Bütün istintaq və məhkəmə prosesi boyunca ərizəçinin şəxsi bütövlüyünə hörmət təmin edilməlidir. Qəbul edilməlidir ki, qurban qadınlar, xüsusən cinsi zorakılıq hallarında, cinayət prosesini tez-tez əlavə bir travma kimi qəbul edirlər. Bu, xüsusən zərərçəkmiş qadın özünün istəyinə zidd olaraq təcavüzkarla birbaşa üzləşməyə məcbur qaldıqda belə olur. (Y. Sloveniya, 2015). Halime Kiliç-Türkiyəyə qarşı 2016-cı il işinin nümayiş etdirdiyi istintaq zamanı /məhkəməyə qədərki dövrdə baş verən bir neçə uğursuzluğu, AİHM 14-cü maddə ilə birlikdə (ayrı-seçkiliyin qadağan edilməsi) 2-ci maddənin (yaşamaq hüququ) pozulması kimi müəyyən edir. Bu işdə, məişət zorakılığının qurbanı səlahiyyətli qurumlara dörd şikayət ünvanlamış və ərinə qarşı üç mühafizə orderi almışdır. 2008-ci ildə zərərçəkmiş şəxs birinci şikayəti vermiş və Ailə Məhkəməsi tərəfindən verilən mühafizə orderini istəmişdir. Prokuror cinayətkara qarşı ittiham irəli sürmüşdür. Zərərçəkən daha sonra ikinci bir şikayət verdikdə, məhkəmə daha iki mühafizə orderi vermişdir və prokuror müvəqqəti həbs tədbiri istəməklə təcavüzkarı məhkəməyə göndərmişdir və məhkəmə isə bundan imtina etmişdir. Zərərçəkən ərinin ölüm təhdidləri etdiyini iddia edərək prokurordan əlavə kömək istəmişdir. Dördüncü şikayət verildikdən sonra qurban əri tərəfindən öldürülmüşdür. AİHM, müdafiə orderlərinin verilməsi üçün vaxtın uzandığını (bir işdə 19 gün, ikinci işdə 8 həftə), prokurorun cinayətkarı həbsdə saxlamağı əmr etməsində gecikmələrin olduğunu, məhkəmə qurbanla əlaqəli riskləri düzgün qiymətləndirmədiyi və barəsində həbs qətimkan tədbiri seçilmədiyi, təcavüzkar heç vaxt mühafizə oderlərinin pozulmasına görə mühakimə olunmadığını və nə polisin, nə də prokurorun qurbana mövcud sığınacaqlar barədə məlumat verməməsini aşkarlamışdır. (Halime Kılıç / Türkiyə (müraciət nömrəsi. 63034/11) 28 iyun 2016-cı il tarixli Qərar.) A. Xorvatiyaya qarşı işdə, AİHM, məişət zorakılığı ilə bağlı AİHK-nın pozulduğunu aşkar etmişdir. A əri tərəfindən məişət zorakılığına məruz qaldıqdan sonra bir sıra məhkəmə işlərinə başlamışdır (üç cinayət işi və dörd kiçik cinayətə görə). Belə işlərin nəticəsi bir neçə mühafizə orderinin verilməsi, məhkəməyə qədərki həbs (müvəqqəti həbs), psixiatrik və psixo-sosial müalicə və həbs cəzası olmuşdur. Sanksiyaların bir qismi tətbiq olunsa da, təcavüzkar iki cinayətə görə həbs cəzası çəkməmişdir (bunlardan biri ərizəçini ölümlə təhdid etmək olmuşdur). AİHM, qeyd etmişdir ki, dövlət, eyni şəxs tərəfindən eyni qurbana qarşı törədilmiş bir sıra zorakılıq hərəkətləri ilə əlaqədar müxtəlif cinayət və kiçik cinayət işlərini nəzərə almamaqla, ərizəçinin hüquqlarını lazımi səviyyədə qoruya bilməmişdir və işin tarixçəsinə bütünlüklə baxa bilməmişdir. Bu iş, hüquq sistemi daxilində koordinasiyanın vacibliyini və müvafiq sanksiya təyin edərkən bütün zorakılıq tarixçəsini və cinayət tarixçəsini lazımi şəkildə nəzərə almağın vacibliyini göstərir. Məhkəmə hökmlərinin icra edilməsinin və cəzaların çəkilməsinin təmin edilməsində məhkəmə nəzarətinin roluna da diqqət çəkilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Şəxs özünün təqsirli bilməməsi ilə bağlı ifadəsinin müdafiə xarakterli olduğunu və inzibati məsuliyyətindən yayınmaq məqsədini daşıdığını hesab edir. O ifadələrində qeyd etsə belə, ki inzibati xəta tərəfindən törədilməmiş, o cümlədən ekspert rəyində Xoşbəxt Məmmədovanın bədənində müəyyən olunan xəsarət tərəfindən yetirilməmiş, kim tərəfindən törədilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 Xanəli Gülağa oğlunun övladıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 07 may 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və həbsdə saxlanılma müddətinin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3293/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3293/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver