Məhkəmə qərarları › İş №3(001)-330/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-330/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-330/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, "xxxx" Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş X6 protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X4 tərəfindən hüquqi şəxs "xxxx" Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 24 dekabr 2024-cü il tarixli EP № ******* saylı X6 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə X6 protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 24 dekabr 2024-cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, "xxxx" Firması barəsində tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli EP № ******* saylı X6 Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılmış sözügedən X6 iş üzrə icraatda "xxxx" Firmasının nümayəndəsi qismində X5 nümayəndə qismində iştirak etmiş, faktla bağlı izahat verib, X6 protokolu imzalamışdır. "xxxx" X1 verdiyi 05 yanvar 2024-cü il tarixli Etibarnamədən görünür ki, etibar edən etibar olunana aşağıdakı əməliyyatların onun (etibar edənin) adından həyata keçirilməsini etibar edir: "xxxx" Firmasının ünvanına daxil olmuş bütün yüklərin və müşayiət edən yük sənədlərinin təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsi. Etibarnamə xx.xx.2024-cü il tarixədək etibarlıdır. Göründüyü kimi, "xxxx" X2 müvafiq səlahiyyətli dövlət orqanlarında cəmiyyəti təmsil etmək və bununla əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qanuni hərəkətləri həyata keçirmək kimi səlahiyyətlər verməmiş, cəmiyyətin adına gələn və göndərilən yüklərin gömrük sənədlərini rəsmiləşdirmək, digər yük əməliyyatlarını aparmaq, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşdirmə işlərinin həyata keçirmək kimi texniki məsələlərdə səlahiyyətli olan X5 "xxxx" Firması barəsində aparılmış X6 iş üzrə icraatda səlahiyyəti olmadığı halda cəmiyyətin nümayəndəsi qismində iştirak edərək faktla bağlı izahat vermiş, hətta X6 protokolu imzalamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 64-cü maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan X6 işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1 və 100.1.7-ci maddəsinə əsasən X6 protokolda barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "xxxx" Firması barəsində tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən X6 protokol onu tərtib etmiş orqana –Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..X6 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə X6 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" Firması barəsində tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli EP № ******* saylı X6 protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar