Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3305/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, X1 nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin MN ******* saylı, 11.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin MN ******* saylı, 11.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. X1 nümayəndəsi X8 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 10 sentyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən “Katamaran” X12 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X4 əməkdaşları daxil olmuş və həmən idarəyə ezam olunmuş polis mayoru Eldar İbrahimov tərəfindən kafenin meneceri X13 barəsində MN № ******* saylı, 11 sentyabr 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Protokola əsasən “Katamaran” X10 fəaliyyəti zamanı epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması faktı müəyyən edilərək X13 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xətaya dair işə 11 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsində baxılmış, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini vəzifəli şəxs kimi pozmaqla 4000 (dörd min) manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Polis əməkdaşları tərəfindən “Katamaran” X11 yoxlanış aparılarkən guya restoranda olan bəzi işçilər fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməmişlər. X13 barəsində karantin rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN №0674968 saylı, 11 sentyabr 2021-ci il tarixli qərarının qanunsuz olması mübahisəsizdir. Belə ki, polis əməkdaşlarının karantin rejiminin pozulması kimi qiymətləndirikləri fərdi qoruyucu vasitələrin istifadə edilməməsi və va istifadə qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilən maddəyə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi polis əməkdaşlarının istinad etdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci deyil, 211.2-ci maddəsində qeyd edilmişdir. Əgər “Katamaran” X11 yoxlanış aparılarkən restoranda olan işçilər fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməmiş olsalar belə, bu halda X13 barəsində karantin qaydalarını pozma ilə deyil, 211.2-ci maddəsində qeyd edilən vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə protokol tərtib edilərək 300 manat cərimə edilməli idi. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, 11 sentyabr 2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında inzibati xəta haqqında qərarı müdafiə edərək inzibati tənbeh haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, DİN Sumqayıt şəhər Polis İdarəsinin MN ******* saylı, 11.09.2021-ci il tarixli qərarına əsasən X7 məsul rəhbər olduğu «Katamaran» restoranında 10.09.2021-ci il tarixdə saat 19:15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 nömrəli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarı ilə müəyyən edilmiş tələblər pozulmuş, fəaliyyət göstərdiyi Sahil küçəsindəki «Katamaran» restoranında işçilər tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməmişdir. İş üzrə nə izibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X9 təqdim edilməmişdir. Protokol və qərar şəxs tərəfindən daha sonra əldə edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. AR İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər. Həmin Məcəllənin 211.2-ci maddəsinə görə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilirlər. Lakin iş materiallarında olan ******* nömrəli 11.09.2021-ci il tarixli protokolda İsmət Qurbanov tərəfindən törədilən inzibati xətanın mahiyyəti “..........rəhbəri olduğu Katamaran restoranında karantin rejimi qaydalarının pozulmasına yol vermişdir” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən inzibati xətanın mahiyyətindən göründüyü inzibati xəta vəzifəli şəxs tərəfindən deyil, restoranın bir neçə əməkdaşı tərəfindən törədildiyindən inzibati orqan yol verilmiş pozuntunu İXM-nin 211.1-ci maddəsi üzrə tövsif etməklə yanlışlığa yol vermişdir. Belə ki, inzibati xətanın mahiyyəti AR İXM-nin 211.1 deyil 211.2-ci maddəsi ilə tövsif edilməli idi. Məhkəmə qeyd edir ki, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin MN ******* saylı, 11.09.2021-ci il tarixli qərarı 211.1-ci maddə ilə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmalı idi. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin MN ******* saylı, 11.09.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3305/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3305/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver