Məhkəmə qərarları › İş №3(001)-3311/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3311/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3311/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi, baş hüquqşünas X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan somatoloji xidmətlərin (özəl tibb fəaliyyətinin) göstərdiyi müəyyən edildi. Aparılan araşdırma zamanı fərdi sahibkarın əldə etdiyi gəlirin (vurulmuş ziyanın) 500 manat təşkil etdiyi müəyyən edildi. Bu əməli ilə o, İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzoibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək barəsində tərtib edilmiş protokolun əsaasız olduğunu, buna görə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Şəxs inzibati xəta törətməkdə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan somatoloji xidmətlərin (özəl tibb fəaliyyətinin) göstərdiyi müəyyən edildi. Aparılan araşdırma zamanı fərdi sahibkarın əldə etdiyi gəlirin (vurulmuş ziyanın) 500 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Şəxs 2 ay Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov 274 ünvanında özəl tibb fəaliyyəti ilə (stamotoloji xidmət) məşğul olduğu, fəaliyyət göstərdiyi dövr ərzində əldə etydiyi ümumi gəlirin 500 manat təşkil etdiyini, VOEN-nin aktiv olduğunu, qısa müddət ərzində fəaliyyət göstərdiyi evin vergi orqanında uçota alınmasını təmin edəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 000291 seriya nömrəli aktın surətindən görünür ki, Şəxs məxsus stomotoloji kabinetdə stomotoloji xidmətlərin (özəl tibb fəaliyyətinin) göstərildiyi aşkar edilmişdir. Həmin aktda vergi ödəyicisinə fəaliyyət növü ilə əlaqədar xüsusi razılığın alınması üçün aidiyyatı orqana müraciət etməsinin təklif edildiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın iki misli, yəni 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar