Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3312/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 22.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6cı Polis Bölməsi tərəfindən aparılmış təhqiqat zamanı iş üzrə Şəxs əməlində inzibati xətanın olması xüsusatı üzrə təhqiqatçı tərəfindən gəlinən qənaət şübhə doğurucudur. Belə ki, 20.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən etdim ki, araşdırma zamanı iş üzrə izahatı alınmış şikayətçi X2 17.09.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında saxladığı özünə məxsus “Ford Tranzit” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan oturacağın üzərinə qoyduğu gödəkcənin cibindən 1000 manat məbləğində pulun oğurlanmasını bildirmişdir. İş üzrə izahatı alınmış Şəxs isə 17.09.2021-ci il tarixdə qonşusu X1 idarə etdiyi “Ford Tranzit” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olduğunu görərək, qapısını açmış və oturacağın üstündə olan gödəkcənin içərisindən bir neçə ədəd 100 manatlıq əsginası oğurlayaraq qaçmışdır. Oğurladığı pulun miqdarı 400 manat olmuşdur. Aparılmış araşdırma zamanı gəlinən nəticə üzrə səlahiyyətli şəxs tərəfindən hadisə nəticəsində Şəxs 400 manat maddi ziyanın dəyməsi səbəbi ilə cinayət hadisəsinin olmaması qənaətinə gəlinmiş və cinayət işinin başlanması rədd edilərək, oğurluq əməlini həyata keçirən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Göründüyü kimi, X1 ona məxsus 1000 manat pulun oğurlanmasını, Şəxs isə cəmi 400 manat pulu oğurlamasını bildirməsi iş üzrə ziddiyyətli halın yaranmasına səbəb olmuş, lakin aparılmış araşdırma zamanı səlahiyyətli şəxs tərəfindən həmin ziddiyyətli hala hüquqi qiymət verilməmiş, dəqiqləşdirilmələr aparılmamış, eləcə də hansı səbəbə Şəxs izahatının əsas götürülməli olmaqla iş üzrə cinayət hadisəsinin olmamasını öz qərarında əsaslandıra bilməmişdir. Sadalanan halların araşdırılmaması, Şəxs hərəkətlərində yalnız inzibati xətanın olmasına şübhə doğurduğundan işə mahiyyəti üzrə baxılmasını istisna edir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 22.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 22.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3312/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3312/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver