Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-332/2021 18.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, X1 barəsində tərtib olunan inzibati xəta haqqında qərardan verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM : Binəqədi Rayon Məhkəməsinin icraatına X1 barəsində tərtib olunan inzibati xəta haqqında qərardan verdiyi ərizə daxil olmuşdur. Məhkəmə iş materialını araşdıraraq X1 Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, ərizə icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət verən X2 tərəfindən ərizə tərtib edilərkən forma və məzmun tələblərinə riayət edilməmiş, məhkəməyə şikayətlə müraciət edilməli olduğu təqdirdə ərizə ilə müraciət edilmiş, ərizədə X2 yaşayış ünvanını qeyd etməmiş və heç bir təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan verdiyi ərizənin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunan inzibati xəta haqqında qərardan verdiyi ərizə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-332/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-332/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver