Məhkəmə qərarları › İş №3(001)-3332/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3332/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3332/2020 07.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala, Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2020-ci il tarixdə BBAK-də polisin qanuni tələbinə tabe olmamasına görə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən faktla əlaqədar xx.xx.2020-ci il tarixdə, MN №0772951 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin, 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X2 məhkəmə prosesində izahat verərkən bildirmişdir ki, Binəqədi RPİ-nin PPXB-nin polis serjantı M.Əzizli xx.xx.2020-ci il tarixində B.Avtovağzalda xidmət apararkən taksi sürücülərindən biri ona dəfələrlə xəbərdarlıq etdiyinə baxmayaraq sürücü öz idarə etdiyi ** EB *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilini avtovağzalın qadağan olunmuş yerində saxlayırdı. O, həmin sürücüyə yaxınlaşıb özünü təqdim edib avtomaşını nişanın təsiri altında saxlamayıb avtovağzalın duracağında saxlamağı xahiş etmiş, lakin həmin sürücü onun tutduğu irada məhəl qoymamış, yüksək səs tonu ilə onun ünvanına şər böhtan ataraq, onun taksilərdən pul yığdığını deyərək, polis nüfuzunu aşağı salmaq istəmişdir. Polisin qanuni tələblərinə əməl etməyən şəxsi çağrılmış kömək nəticəsində PBnə apara bilmişlər. PB-də müəyyən olunmuşdur ki, polisin qanuni tələbinə tabesizlik göstərən şəxs Şəxsdur. Göstərilənlərə əsasən sürücü Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Bakı Beynəlxalq Avtovağzalında taksi fəaliyyətində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nə üçün taksi fəaliyyəti ilə məşğul olduğunu soruşmuşlar, o isə taksi fəaliyyəti ilə məşğul olmadığını, yaşadığı Gəncə şəhərinə getdiyini, iki nəfər özü ilə götürüb yanacaq pulunu çıxartmaq istədiyini bildirmişdir. Buna görə də onunla polis əməkdaşı arasında mübahisə yaranmışdır. Onu PB-nə dəvət etmişlər. O, əməlindən peşmandır, göstərilənlərə əsasən barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkilməhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşı ilə mübahisə etməyə başlamış, müqavimət göstərmiş, polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş AZA №000560 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğu üçün xx.xx.2020ci il tarixində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə BBAK-da polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati cərimə təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar