Məhkəmə qərarları › İş №3(001)-3332/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3332/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3332/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 11425.90 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 11425.90 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, köçürülən pul müqabilində alınan mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan ölkə xaricinə 11425.90 Avro məbləğində vəsait köçürülmüşdür. İdxal edilmiş mallara dair gömrük bəyannamələrini təqdim edərək bildirmişdir ki, **********5639 nömrəli gömrük bəyannaməsi üzrə 1760,77 manat dəyərində mallar, **********3701 nömrəli gömrük bəyannaməsi üzrə 877,73 manat dəyərində mallar, **********1085 nömrəli gömrük bəyannaməsi üzrə 159,20 manat dəyərində mallar, **********7079 nömrəli gömrük bəyannaməsi üzrə 162,91 manat dəyərində mallar, **********8210 nömrəli gömrük bəyannaməsi üzrə 653,86 manat dəyərində mallar, **********4930 nömrəli gömrük bəyannaməsi üzrə 197,88 manat dəyərində mallar, **********0274 nömrəli gömrük bəyannaməsi üzrə 2704,73 manat dəyərində mallar, **********4523 nömrəli gömrük bəyannaməsi üzrə 527,50 manat dəyərində mallar, **********0182 nömrəli gömrük bəyannaməsi üzrə 2616,80 manat dəyərində mallar, **********9352 nömrəli gömrük bəyannaməsi üzrə 6278,19 manat dəyərində olan mallar ölkəyə idxal olunmuşdur. Şəxs MMC-nin xx.xx.2021-ci il tarixli FM02 nömrəli müqaviləyə əsasən bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, barələrində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 13923 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. xx.xx.2021-ci il tarixli FM02 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs MMC ilə satıcı «FAMAGA GROUP OHG» arasında müqavilə bağlanmışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmənin təşəbbüsü ilə 01 yanvar 2021-ci il tarixli FM02 saylı müqaviləyə əsasən 30 iyul 2021-ci il tarixli köçürmə ərizəsi əsasında xaricə köçürülmüş 11425.90 Avro məbləğində pul vəsaiti hesabına alınmış malların ölkəyə idxal edilibedilməməsi bardə məlumatın, əgər idxal edilmişdirsə idxalı barədə məlumatların (Bəyannamənin nömrəsi və tarixi, tərəfdaş təşkilatın adı, malın kodu və adı, miqdarı, ölçü vahidi, statistik dəyəri, tam qiyməti, faktura dəyəri, tərəfdaş ölkə, kontraktın nömrəsi və tarixi, istehsalçı ölkə, bəyannamə İD-si, təyinat gömrük orqanı və sair) məhkəməyə təqdim edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsininə sorğu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış cavab məktubu ilə 01 yanvar 2021-ci il tarixli, FM02 saylı müqavilə üzrə Şəxs tərəfindən idxal edilmiş mallar barədə məlumatlar təqdim edilmişdir. İdxal edilmiş mallara dair gömrük bəyannaməsindən görünür ki, **********5639 nömrəli gömrük bəyannaməsi üzrə 1760,77 manat dəyərində mallar, **********3701 nömrəli gömrük bəyannaməsi üzrə 877,73 manat dəyərində mallar, **********1085 nömrəli gömrük bəyannaməsi üzrə 159,20 manat dəyərində mallar, **********7079 nömrəli gömrük bəyannaməsi üzrə 162,91 manat dəyərində mallar, **********8210 nömrəli gömrük bəyannaməsi üzrə 653,86 manat dəyərində mallar, **********4930 nömrəli gömrük bəyannaməsi üzrə 197,88 manat dəyərində mallar, **********0274 nömrəli gömrük bəyannaməsi üzrə 2704,73 manat dəyərində mallar, **********4523 nömrəli gömrük bəyannaməsi üzrə 527,50 manat dəyərində mallar, **********0182 nömrəli gömrük bəyannaməsi üzrə 2616,80 manat dəyərində mallar, **********9352 nömrəli gömrük bəyannaməsi üzrə 6278,19 manat dəyərində olan mallar ölkəyə idxal olunmuşdur. Şəxs MMC-nin xx.xx.2021-ci il tarixli FM02 nömrəli müqaviləyə əsasən bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC hesabına ölkə xaricinə köçürdüyü 11425.90 Avro məbləğində vəsait hesabına olan mallar ölkəyə idxal olunmuşdur. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar