Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3336/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra sənədi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(011)-240/2021 nömrəli qərardaı ilə müəyyən edilmiş ümumilikdə 21121,29 (iyirmi bir min yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat borcu tam şəkildə ödəməmişdir. Şəxs tərəfindən icra işi üzrə həmin borcdan yalnız 850 (səkkiz yüz əlli) manat pul ödəniş edilmişdir. Müvafiq icra tədbirləri görülməsinə baxmayaraq, borclu Şəxs tərəfindən icra sənədi müxtəlif bəhanələrlə icra sənədi üzrə olan borcunu qərəzli olaraq ödəməmişdir. Şəxs məxsus avtomobilin olması aşkar edilsə də, borclu avtomobili etibarnamə ilə satdığını qeyd etdiyindən həmin avtomobillə bağlı icra tədbiri aparmaq mümkün olmamışdır. Tələbin yönəldilə biləcəyi əmlakın olması bağlı müvafiq sorğulara cavab alınsa da borclunun adına başqa heç bir əmlakın olmaması müəyyən edilmişdir. İcra işi sonradan onun icraatına daxil olmuşdur. Əvvəllər sözügedən icra işi üzrə başqa icra məmuru tərəfindən icra hərəkətləri aparılmış, bu səbəbdən o tələbin könüllü icrası barədə bildirişi yenidən təqdim etməyi zəruri bilmişdir. İcra işindən görünür ki, Şəxs barəsində olan icra işindən xəbəri olmuşdur. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində olan icra işindən xəbəri vardır. Həmin işlə bağlı icra şöbəsi tərəfindən xəbərdar olunmuş və məlumatı olmuşdur. İcra işi üzrə müəyyən edilmiş borcundan ümumilikdə 850 (səkkiz yüz əlli) manat pul ödəmişdir. İmkanı olmadığından borcunu tam şəkildə ödəyə bilmir. Həmçinin respublika daxilində olmadığı vaxtlarda da heç bir ödəniş edə bilməmişdir. Adına avtomobil olsa da, bir neçə il əvvəl avtomobili etibarnamə ilə satmışdır. Hazırda həmin avtomobilin kimi istifadəsində olmasını bilmir. O, avtomobili satarkan alıcıya etibarnamə ilə satmışdır. Hazırda həmin borcu tam və ya bir hissəsini ödəməyə imkanı maddi imkanı yol vermir. Ona vaxt verilərsə borcunu tam şəkildə ödəyəcəkdir, habelə gələn ilin fevral ayından 300-400 manat olmaqla borcunu hissə-hissə icra etməyə hazırdır. Məhkəmədən maddi imkanının zəif olmasını və 3 uşağının olmasını nəzərə alıb ona yüngül tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtb edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki Şəxs adına avtomobil olsa da, icra məmuru tərəfindən bununla bağlı tədbir görülmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa icra məmuru tərəfindən bu gün tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Ona görə də, qeyd olunanların nəzərə alınmasını və Şəxs barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, artıq 11 ildir iş gedir. Məhkəmə qətnaməsi qəbul olunmasına baxmayaraq, hazırkı vaxadək borc ona geri qaytarılmamışdır. Bu qədər vaxtdır iyirmi bir min manatlıq borcdan ona cəmi 850 manat ödəniş edilmişdir. Borc ödənilmədiyindən Şəxs şikayətçi olduğunu qeyd edib, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə cavabdeh Şəxs 17130 (on yeddi min yüz otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra işi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(011)-240/2021 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş 17130 (on yeddi min yüz otuz) manat məbləğ ideksasiya olunmaqla 24684,33 (iyirmi dörd min altı yüz səksən dörd mana otuz üç) manat miqdarda pul Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(011)-240/2021 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş 17130 (on yeddi min yüz otuz) manat məbləğ ideksasiya olunmaqla Şəxs Zərərçəkmiş şəxs xeyrinə 21121,29 (iyirmi bir min yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat miqdarda pul tutulması qərara alınmışdır. Xəzinə Mədaxil orderinin surətlərindən görünür ki, Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra sənədi üzrə olan borcdan ümumilikdə 850 manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2643/2014 nömrəli icra sənədi və indeksasiya olunmuş məbləğdə 21121,29 (iyirmi bir min yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat borcu tam şəkildə ödəmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində avtomobilin olması, eləcə də tələbin könüllü icrası barədə bildirişin yeni verilməsi ilə bağlı səsləndirilən fikirlər məhkəmə iclasında Şəxs izahatı ilə təkzib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs həmin inzibati xətanı törətməkdə təqsiri proses iştirakçılarının izahatı və yuxarıda qeyd edilən iş materialları ilə tam sübuta yetirilir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyəti yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, iş üzrə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi zərəçəkmiş şəxsin haqlı narazılığına səbəb ola bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-3336/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3336/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver