Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3341/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən onun istifadəsində olan “Hyundai Sonata” minik markalı, **-MN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən qanunsuz inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qərar qəbul edilərkən İXM-nin tələbləri pozulduğundan qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 16217213 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən də görünür ki, X5 “Hyundai Sonata” minik markalı, **-MN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qadağanedici işarə olmayan yol kənarında saxlamışdır. İş materiallarında olan 1 ədəd DC diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə “Hyundai Sonata” minik markalı, **-MN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxladığı eyni yerdə, yəni Bakı şəhəri, Yasamal rayonu, H.Cavaid küçəsində yerləşən Elmlər Akademiyasının qarşısında yolun kənarında saxlayaraq həmin ərazinin video çəkilişini aparmışdır. Diskdə olan videodan müəyyən edilmişdir ki, həmin yolda 1.4 nişanlama xətti (sarı zolaq) mövcud olsa da 3.27 qadağa nişanı (dayanmaq olmaz) mövcud olmamışdır. Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndinə görə 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlama xəttinin təsir zonalarında dayanma qadağandır. Foto şəkildən, o cümlədən CD diskdə olan video görüntüdən də göründüyü kimi nəqliyyat vasitəsi 1.4 nişanlama xətti olan yolun kənarında dayanmışdır. Yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi 1.4 nişanlama xətti olan yol kənarında nəqliyyat vasitəsi yalnız 3.27 qadağa nişanı mövcud olduqda dayana bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Heç kim inzibati xəta hesab edilməyən əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi X5 tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 16217213 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3341/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3341/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver