Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3345/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR) Zəngəzur mahalının Qafan şəhərinin Pürülü kəndində anadan olmuşdur. 1988-ci il tarixdə Azərbaycan SSR və Ermənistan SSR arasında yaranmış münaqişə gedişatında yaşadığı torpaqdan qaçqın düşmüşdür. Ona qaçqın statusunun verilməsinə dair Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ona Seriya AB №013640 saylı vəsiqə verilmişdir. İlk öncə ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşsə də, sonradan ünvan 1 ünvanında yerləşən ev yaşamaq və təbii ehtiyaclarını ödəmək üçün gəlir əldə etmək qarşılığında ona verilmişdir. Sözügedən ünvandan yerləşən mənzil onun və ailə üzvlərinin yaşamaq xərclərini ödəmək məqsədilə tərəfindən uzun illərdir mağaza kimi işlədilir, buna dair VÖEN əldə edərək, qanuni sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMKX-nin Bakı Ərazi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəs ilə qərar qəbul edilmiş və ona 300 (üç yüz) manat məbləğində cərimə yazılmışdır. Qərara görə o, torpaq sahəsindən başqa məqsədlər üçün istifadə etmişdir. Sözügedən ünvandakı ev Bakı şəhəri İcra Hakimiyyəti Baçısının xx.xx.2001-ci il tarixli, 694 saylı sərəncamı ilə ona verilmişdir. Həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmiş və vergi ödəyicinin uçota alınması haqqında şəhadətnamə əldə etmişdir. Şikayətə əlavə edilən müqavilə, tütün məmulatlarının və spirtli içki, alkoqollu məmulatların satılmasına dair lisenziyalarda, elektron kassaya dair sənədlərdən və s. görünür ki, artıq illərdir o, həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və dövlətin bu fəaliyyətdən xəbəri vardır, çünki qanunla müəyyən edilmiş hesablatlar təqdim edir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, qurumun xx.xx.2023-cü il tarixli qərarı ona rəsmi qaydada xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Belə olan halda, onun inzibati məsuliyyətə cəlb edilməyi üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən müvafiq qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri X3 şikayətin dəlillərinə münasibət bildirərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə işə sözügedən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 247.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Seriya AB 013640 nömrəli vəsiqədən görünür ki, X2 rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. 002859 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, X5 ünvan 3 ünvanında qeyri-yaşayış sahəsində yerləşən obyektdə qeyri-ərzaq, ərzaq və kənd təsərrüfatı mallarının pərakəndə satışı fəaliyyətinin saat 08:00-dan 24:00-dək iş rejiminə uyğun olaraq yerləşdirilməsinə icazə verilmişdir. xx.xx.2003-cü il tarixli, 000546 nömrəli lisenziyadan görünür ki, ünvan 3 ünvanında yerləşən mağazada alkoqollu içkilərin satışını həyata keçirməyə X5 icazə verilmişdir. xx.xx.2003-cü il tarixli, 000547 nömrəli lisenziyadan görünür ki, ünvan 3 ünvanında yerləşən mağazada tütün məmulatının satışını həyata keçirməyə X5 icazə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı X6 arasında tütün məmulatı növlərinə dair müqavilə bağlanmışdır. xx.xx.2001-ci il tarixli, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyət hüququ kimi qeydiyatdan keçmişdir. xx.xx.2006-cı il tarixli 624 nömrəli müqavilədən görünür ki, “X10” MMC ilə istehlakçı X6 arasında servis texniki xidmət göstərmək barədə müqavilə bağlanmışdır AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 381919 nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmış, əmlakın yerləşdiyi torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Məhkəmə, məhkəməyə təqdim edilmiş foto-şəkilləri, ünvan 3 ünvanında yerləşən sahənin koordinatlarını əks etdirən görüntünü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı nəzərdən keçirərək hesab edir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi fərdi yaşayış evi, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir. X6 tərəfindən isə qeyd edilən ünvanda “Şah Market” adlı meyvə tərəvəz məhsullarının satıldığı obyekt fəaliyyət göstərir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3345/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3345/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver