Məhkəmə qərarları › İş №3(001)-3348/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3348/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3348/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-01789/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, AZ 1114, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC(VÖEN: **********) ünvanına Çin Xalq Respublikasında yerləşən “X3 Limited” şirkətindən 62D31110/62D31210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan HLXU6443353 1*40 nömrəli konteynerdə daşınan xx.xx.2023-cü il tarixli 22423 saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Puta ŞTQ, Puta qəsəbəsində yerləşən Şəxs MMC-ə məxsus anbarda Şəxs MMC-nin(VÖEN: **********) səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı xx.xx.2023-cü il tarixli **********1670 sorğu nömrəli gömrük bəyanamməsində gömrük orqanına bəyan edilməmiş 30 qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 3000 ədəd led lampalar aşkar edilmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir.Bununla da, Şəxs MMC-tərəfindən Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2023cü il tarixdə MMC barəsində 00100-01789/23 saylı inzibati protokol tərtib olunmuşdur Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-nin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. (VÖEN: **********) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yoxlama protokoldan və xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC –nin adna CXR-dan 62D31110/62D31210 nömrəli avtomaşının üzərindəki HLXU ******* konteynerdə 220423 nömrəli xx.xx.2023-cü il tarixli invoysla daxil olan və **********1670 sorğu nömrəli GB ilə nəyan edilən yükə gömrük yoxlaması keçirən zaman, üzərində Light is Life, Moon shadow, led candle lamp yazıları olan 30 qutu –hər qutuda 100 ədəd olmaqla cəmi 3000 ədəd bəyan olunmayan led lampa yükü aşkar olunmuşdur. İş materiallarından müəyyən olunur ki, inzibati xəta obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza aparılması zərurəti yarandığından Gömrük orqanı 3-33-1100/2-006871/2023 nömərli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanı aparılması Mərkəzin ekspertlərinə həvalə edilmişdir. Mərkəzdən daxil olan 3-16-16/2-9/5383 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3000 ədəd led lampalar yükünün ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 6000(altı min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə MMC barəsində 00100- 01789/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, yoxlama zamanı xx.xx.2023cü il tarixli **********1670 sorğu nömrəli gömrük bəyanamməsində gömrük orqanına bəyan edilməmiş 30 qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 3000 ədəd led lampalar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MM –nin etibarnamə üzrə nümayəndəsi X1 izahatından görünür ki, o izahatında bildirmişdir ki, aşkar edilən malların növbəti partiyada gəlməli olduqlarını, həmin malları bu dəfə üçün yox, növbəti dəfə idxal edilən malların siyahısında qeyd etdiklərini, xəbər verilmədən malların bu dəfə göndərildiyini, 101 qutu sifarişləri olduğunu, 71 qutunun sifarişə uyğun olaraq göndərildiyini, 30 qutunun isə növbəti partiyaya aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********1670 sorğu nömrəli gömrük bəyanamməsi ilə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 6000(altı min) manat olan 30 qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 3000 ədəd led lampalar gömrük orqanına bəyan edilməmişdir. Bununla da, Şəxs MMC -nin Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 113, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 6 000 (altı min) manatın 40 faizi miqdarında, yəni 2 400(iki min dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar