Məhkəmə qərarları › İş №3(001)-3350/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3350/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3350/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə sahibi olduğu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 20 kv. metr hissəsini xx.xx.2024-cü il tarixli notarial qaydada rəsmiləşdirilmiş icarə müqaviləsi ilə X2 icarəyə vermişdir. Lakin 20 avqust 2024-cü il tarixdə, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X9 tərəfindən hazırlanmış 24-1-2-2/310-1242/İXM-35-24 saylı prokurorun qərarına istinad edilərək, barəmdə inzibati məsuliyyət müəyyən edilmiş və 10 sentyabr 2024-cü il tarixdə MN JYel613799 saylı qərarla 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. Bu qərar ona rəsmi qaydada təqdim edilməmiş, iştirakı olmadan, qeyri-obyektiv şəkildə araşdırılmış və məsul şəxs olan icarəçiyə deyil, ona yönəldilmişdir. Halbuki, icarə müqaviləsinə əsasən əmlakın istifadəsi nəticəsində yaranan hüquqi və inzibati məsuliyyət icarəçiyə məxsusdur. O, əmlakın bir hissəsini yalnız icarəyə vermiş və obyektin faktiki istifadəsi, istismarı və idarə olunması tam şəkildə X4 tərəfindən həyata keçirilmişdir. Həmçinin Prokurorun qərarına əsaslanan bu inzibati qərar tərtib olunarkən icarə münasibətləri və məsuliyyətin kimə aid olduğu obyektiv qiymətləndirilməmiş, qanun pozularaq məsuliyyət onun üzərinə yönəldiİmişdir. Bağlı VÖEN-i açılaraq xəbəri olmadan cərimələnmiş, ,baş vermiş hadisədə dövlət qurumlarının qeyri-obyektiv araşdırma aparıb və məlumat verilməməsi nəticəsində qərardan vaxtında şikayət verə bilməmişdir. Qərarı alan zaman üzərində tanış olduğum tarix xx.xx.2025-ci il tarixini təsdiq etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsini X2 icarəyə vermiş, aralarında icarə müqaviləsi bağlanmışdır. Prokurorluq əməkdaşları aparılan araşdırma zamanı Elşad Məmmədovdan həmin obyektdə nə iş gördüyünü soruşmuş, sonuncu aşpaz işlədiyini, həmçinin obyektin ona məxsus olduğunu bildirmişdir. Prokurorluq əməkdaşları tərəfindən Elşad Məmmədovun dedikləri yoxlanmadan, araşdırma aparılmadan, onun barəsində qərar qəbul edilmiş və X7 Xidmətinə göndərilmişdir. X7 Xidməti tərəfindən onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cərimə edilmişdir. Onun həmin qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Belə ki, X7 Xidməti tərəfindən hər hansı araşdırma aparılmadan, onun izahatı alınmadan prorokurorluq tərəfindən qəbul edilmiş qərar əsasında 3000 manat inzibati cərimə edilmişdir. O, X7 Xidməti tərəfindən qəbul edilmiş qərarı xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, vəzifəli şəxs - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3 2024-cü ilin iyun ayından iyul ayınadək özünə məxsus, Baki şəhəri, ünvan 2 ünvanında yerləşən “Dost” adlı kafedə aşpaz vəzifəsində işlərin görülməsinə cəlb etməsi ilə bağlı Binəqədi rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar X7 Xidmətinə göndərilmişdir. Binəqədi rayon prokuroru tərəfindən qəbul edilmiş həmin qərar predusial əhəmiyyət daşıdığı üçün X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 3000 manat cərimə tətbiq edilmişdir. X4 izahatında həmin kafedə işlədiyini və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Həmin qərar əsaslı olduğundan şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Baki şəhəri, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası X8 tərəfindən X2 icarəyə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X5 (VÖEN **********) ərizəsinə əsasən fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 (VÖEN **********) əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 2024-cü ilin iyun ayından iyul ayınadək özünə məxsus, Baki şəhəri, ünvan 2 ünvanında yerləşən “Dost” adlı kafedə aşpaz vəzifəsində işlərin görülməsinə cəlb edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərar X7 Xidmətinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi X1 əmək müqaviləsi bağlanmadan X8 tərəfindən işlərə cəlb edilməsi zəruri araşdırma aparılmadan, Rizvan Hüseynovun və Elşad Məmmədovun izahatları alınmadan, kifayət qədər sübut toplamadan X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X8 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar