Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3359/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs X1 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X1 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir və həmin qərarlar varsa belə iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə X1 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayət ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayət ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3359/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3359/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver