Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3364/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9, zərərçəkmiş şəxs X7 nümayəndəsi “UNİVERSAL” Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MTK-də bölmə rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X17 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədində əsasən iddiaçı Şəxs cavabdeh X10 qarşı “nikah qeydiyyatının pozulmasına dair” iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 Röyalə Famil qızının himayəsində saxlanılması, Şəxs tərəflərin birgə nikahından olan övladı – xx.xx.2010-cu il təvəllüdlü X18 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul şəklində aliment tutularaq X10 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədi üzrə Şəxs borcunu tam icra etmədiyindən hazırkı günə kimi 6930 (altı min doqquz yüz otuz) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədində əsasən onun X10 qarşı “nikah qeydiyyatının pozulmasına dair” iddiasının təmin edilməsi, Röyalə Rzayeva ilə birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X12 X8 himayəsində saxlanılması, X18 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul şəklində alimentin ondan tutularaq X10 ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi çıxdıqdan 1 ay sonra o, Röyalə Rzayeva ilə barışmış və eyni evdə yaşamağa başlamışdır. O, Röyalə Rzayeva ilə barışması və birlikdə yaşamaları barədə icra məmuruna məlumat vermişdir. İcra məmuruna məlumat verdikdən sonra onu axtaran olmamışdır. Röyalə Rzayeva ilə birlikdə yaşadığı müddət ərzində övladı Elmir Rzayevin bütün ehtiyaclarını təmin etmişdir. 2022-ci ilin oktyabr ayında Röyalə Rzayeva ilə münasibətləri yenidən pozulduqdan sonra isə icra məmuru onu icra şöbəsinə çağırıb aliment borcunun yığıldığını bildirmişdir. O, isə icra məmuruna Röyalə Rzayeva ilə barışıb birlikdə yaşadıqlarını demişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 nümayəndəsi X13 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədində əsasən iddiaçı Şəxs cavabdeh X10 qarşı “nikah qeydiyyatının pozulmasına dair” iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 Röyalə Famil qızının himayəsində saxlanılması, Şəxs tərəflərin birgə nikahından olan övladı – xx.xx.2010-cu il təvəllüdlü X18 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul şəklində aliment tutularaq X10 ödənilməsi qət edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədi üzrə 5-6 ay ərzində aliment borcunu ödəmiş, lakin sonradan aliment ödəməkdən yayınmışdır. 2018-ci ildən 2021-ci ilədək Şəxs ödənilməmiş 5544 manat, halhazıradək isə 6930 manat aliment borcu yığılmışdır. 2022-ci ilin avqust ayında Şəxs ilə X14 arasında barışıq olduğu üçün məhkəmə qətnaməsinin icrası dayandırılmışdır. Lakin sonradan münasibətləri pozulduğu üçün Şəxslə Röyalə Rzayeva yenidən ayrılmışlar. Halhazırda X3 Elnur Vaqif oğlundan yığılmış 6930 manat aliment borcunu tələb edir, lakin sonuncu həmin borcu ödəməkdən yayınır. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədində əsasən iddiaçı Şəxs cavabdeh X10 qarşı “nikah qeydiyyatının pozulmasına dair” iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X4 Röyalə Famil qızının himayəsində saxlanılması, Şəxs tərəflərin birgə nikahından olan övladı – xx.xx.2010-cu il təvəllüdlü X18 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul şəklində aliment tutularaq X10 ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X14 ərizə ilə Binəqədi Rayon İcra şöbəsinə müraciət edərək Şəxs qarşı mülki icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədi üzrə icraat məcburi olaraq dayandırımışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X2 rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 4918/2018 nömrəli qətnaməsi ilə övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin dayandırılması barədə icraatın yenidən təzələnməsi və 2018-ci il 2021ci ilədək ödənilməmiş 5544 manat, ümumilikdə indiyədək isə ödənilməli olan 6930 manat məbləğində alimentin birdəfəlik ödənilməsi barədə müvafiq tədbirləri görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra sənədi üzrə icraat təzələnmişdir xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs X14 və X18 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 19, mənzil 33-də qeydiyyatsız yaşamışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs X14 və X18 ilə birlikdə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 3 ünvanında kirayədə yaşamışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin portal çıxarışından görünür ki, Şəxs "xxxx" Mənzil Tikinti Kooperativində bölmə rəhbəri işləməklə əmək haqqı məbləğ 1126.86 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4918/2018 nömrəli icra vərəqəsi üzrə Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X6 boşandıqdan 1 ay sonra sonuncu ilə barışdığını və birlikdə yaşadıqlarını, birlikdə yaşadıqları müddət ərzində övladı Elmir Rzayev bütün ehtiyacları onun tərəfindən qarşılandığını göstərmişdir. Bu hal icra məmuru və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı ilə yanaşı məhkəməyə təqdim edilmiş aktlarla və arayışla öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şəxs barəsində toplanmış iş materiallarında icra məmuru tərəfindən borclunun gəlirinin olub-olmaması məsələsinin müəyyən edilməsi vacibliyini araşdırmalı olsa da, icra məmuru bununla bağlı zəruri məcburi icra tədbirlərini həyata keçirməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun maddi gəlirinə, manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3364/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3364/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver