Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3364/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X7 Patrul Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2023-cü il tarixdə idarə etdiyi ** PZ *** dövlət qeydiyyat nişanlı “Saipa Saina EX” minik markalı avtomobili idarə edən zaman İXMin 327.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 80 manat məbləğində əsassız olaraq cərimə edilmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, həmin inzibati xətanın törədildiyi yerin fotoşəkilindən də göründüyü kimi, həmin yolda əvvəl qırıqqırıq xətt olmuş, daha sonra üzərindən boya çəkilmiş və düz xətt edilmişdir. Lakin, boya qırıq xəttin üzərinə yaxşı çəkilmədiyindən avtomobili idarə edən zaman həmin xəttin düz xətt və ya qırır xətt olmasını müəyyən etmək mümkün olmur. Bu səbəbdən hesab edir ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X7 Patrul Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, ** PZ *** dövlət qeydiyyat nişanlı “Saipa Saina EX” minik markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, yolayrıcını keçmə qaydalarının pozulmasına görə X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkildən, eyni zamanda inzibati xətanın əks edildiyi video görüntüdən də görünür ki, X2 düz xəttin tələbini pozmuş, onun tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto şəkillər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** PZ *** dövlət qeydiyyat nişanlı “Saipa Saina EX” minik markalı avtomobili idarə edən X4 tərəfindən ünvan 1 ünvanında baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş foto şəkillərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntuları X4 tərəfindən həqiqətən törədilmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3364/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3364/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver